21-11-2016 [14:39]
Məni sevən bəzi dostlara söz verdim ki, illər öncə yaşadığım həsrət dolu acı həyat hekayəm haqqında bir daha yazıb ictimailəşdirməyəcəm.
Çünki, ürəyimi parçalayan bu iztirabı mənimlə bərabər çəksələr də, məni qınayırlar.
"Sən ictimai fəaliyyətlə məşğul olduğun halda niyə şəxsi problemini gündəmə gətirib qabardırsan? Axı səni istəyənlərlə bərabər istəməyənlər də var. Mətbuatda göz yaşı tökmək sənə yaraşmır, sən güclü qadın olduqun halda niyə özünü bu qədər aciz duruma salırsan?”-deyirlər.
Mən onlara haqq verərək tənqidləri ilə razılaşıram. Ancaq onu da əlavə etmək istəyirəm ki, mən bir qadın kimi çox güclü olsam da, ana kimi təsəvvür etməyəcəyiniz qədər çox zəif və acizəm. Aciz olmasaydım əlimdən qanunsuz şəkildə alınan övladlarıma sahib çıxardım.
Müraciət etdiyim bütün dövlət rəsmiləri "Rusiya hegomon dövlətdir, biz onlarla bacarmırıq” deyirsə, mətbuatda yazmaqdan başqa əlacım qalmayıb. Düşünürəm ki, bəlkə arxivləşdirdiyim bu ədalətsizliklər nə vaxtsa diqqət çəkəcək, imdadıma çatacaq.
Əziz oxucular, sizlər üçün yorucu olsa da haqqında bəhs etdiyim həyat hekayəmin bəzi məqamlarını bölüşüb, xatirlatmaq istəyirəm. Keçmiş həyat yoldaşımla faktiki ayrılsaq da uşaqlarımın ataları ilə əlaqələrini kəsməmişdim ki, onlara pis təsiri az olsun.
Mənim bu xoş niyyətimdən sui-istifadə edən keçmiş həyat yoldaşım isə uşaqları qanunsuz yolla ölkədən qaçıraraq Rusiyaya apardı.

Rəsmən etibarnamə vermədiyim halda uşaqların qaçırıldığı xəbərini alan kimi 102 xidmətinə məlumat verdim və dərhal gecə ikən onların arxasınca yola düşdüm. Övladlarımın pasportları məndə olduğu üçün sərhəddən keçə bilməyəcəklərinə ümid edirdim. Lakin Dağıstanda "sərhəd qaynar xətti”nə zəng edəndə artıq uşaqların sərhəddi keçdiyini dedilər.
Yenə də aldıgım xəbərə inanmayıb, dəli kimi sərhəd yaxınlığında olan otel, kafeleri gəzməyə başladım. Xarici pasportumun müddəti bitdiyi üçün pərişan halda Bakıya dönməli oldum.
Kömək üçün ilk ağlıma gələn çoxlarımızın sevimlisi, ömrünə duaçı olduğumuz Xoşqədəm Hidayətqızı oldu.
Jurnalist dostlardan telefon nömrəsini alıb dərhal ona zəng etdim. Hıçqırtı içərisində boğularaq baş vermiş olayı qısa ifadə edərək, "bu məsələ ilə bağlı sizinlə görüşmək istəyirəm”-dedim.
Xoşqədəm xanım telefonda istehzalı gülüşlə, "bu əmrdir?”-dedi.
Mən də "yaşadığım bu acının həyəcanından ola bilsin ki, səs tonum bu cür səsləndi” deyib bir üzrxahliq etdim və bir daha "nə zaman görüşə biləcəyimi” soruşdum. O da mənə "gəlin ATV-yə kontaktlarınızı qoyun, lazım olanda mən sizinlə əlaqə saxlayacam” deyib telefonu söndürdü.
Bir az sonra iş yerimdən zəng gəldi ki, təcili işdə olmalıyam. O zaman Ümid partiyasının sədri İqbal Ağazadə millət vəkili olduğu üçün düşündüm ki, bəlkə də gedib onunla məsləhətləşməyim daha doğru olar. Partiyaya gəlib ona məlumat verdim ki, bütün dövlət qurumlarına müraciətlə yanaşı, efirə də çıxmağı düşünürəm. O isə mənə dövlət səviyyəsində yardımçı olacağına söz verib, verilişə çıxmağın gələcəkdə çox böyük peşimançılıq verəcəyini dedi.
Onun mənə nə zamansa yardımçı olacağını gözləmədən bütün aidiyyatı dövlət qurumlarına məktublar ünvanladım. Xeyli müddət sonra Milli Məclisin sabiq deputatı, İnsan Hüquqları Komitəsinin sədri Rəbiyyət Aslanovanın qəbulunda oldum və sənədlərlə faktları təqdim etdim.
Hadisədən halı olan xanım deputatın reaksiyası məni ildırım kimi vurdu. "Ətin-qanın yerində, rəngin-ruhun üstündə get həyatını yaşa. Neynirsən uşaqları, qoy atası baxıb saxlasın”.
Duruxduğumu görüb burda qeyd etməyi uyğun bilmədiyim "məsləhətlərini” davam etdirdi.
Hüquq müstəvisində kömək istədiyim bu qadın deputatdan aldığım cavab bədənimdə qanımı dondurdu. Özümdən necə çıxdımsa bədənim titrədi. Hönkürtü ilə, qırıq səslərlə, sərt ifadələr işlədərək belə bir məsləhətə ehtiyacım olmadığını, övladlarımın geri qaytarılması üçün dövlətdən kömək tələb etdiyimi dedim.

Hövsələdən çıxdığımı hiss edən deputat xanım söhbəti başqa istiqamətə yönləndirməyə başladı. Qəbulda üç nəfər kişinin də oturmasına baxmayaraq, guya qadın təəssübkeşliyi çəkirmiş kimi kişiləri ümumi şəkildə aşağılayacaq ifadələr işlətməklə məni sakitləşdirməyə çalışdı.
Qəbulda iştirak edən kişilərdən biri də o zaman MM Aparatından İnsan Huquqlari Komitəsinə təhkim olunmuş baş məsləhətçi Ayxan Kazımov idi.
Hazırda MM Aparatının Dovlət Quruculuğu üzrə qanunvericilik şöbəsinin baş məsləhətçisi vəzifəsində çalışan Ayxan müəllimi də bu qəbuldan bir neçə gün öncə tanımışdım. Parlamentə daxil olan məktubuma görə mənə zəng edib qəbul vaxtını demişdi. Ayxan müəllim nəzakətli danışığı və peşəkar yanaşmaları ilə vətəndaşın dövlətə rəğbətini artırdığı halda, daha böyük status daşıyan deputat dövləti gözdən salacaq davranış sərgiləyirdi.
İşinin məsuliyyətini hiss edən bu vicdanlı insan həmin gün qəbuldan ümidsiz halda çıxdığıma üzülərək mənə digər şəxslərin qəbuluna getməyi məsləhət gördü. İmkanları daxilində yardımçı olmağa çalışdı. Hətta xarici səfərdə ola biləcəyini nəzərə alıb "rominq nömrəsini” yazmağı xahiş etdi ki, digər qəbullarla bağlı hər hansı bir problem yaranarsa ona məlumat verim. R.Aslanovadan fərqli olaraq, mənə kömək etmək iqtidarında olmasa belə göstərdiyi cəhdi, narahatçılığı, yaşadığım acılara həssas yanaşması ilə hər zaman xatirəmdə xeyirxah bir insan kimi qaldı.
Çoxsaylı cəhdlərimə baxmayaraq ölkəmizdə heç bir dövlət qurumundan dəstək ala bilmədim.
Hətta ölkəmizin Rusiyadakı səfiri Polad Bülbüloğluna da çox geniş şəkildə müraciət ünvanladım. Aldığım cavab o oldu ki, "biz Rusiya dövlətinin verdiyi qərarlara müdaxilə edə bilmirik”.
Rusiyada keçirilən məhkəməni də uduzub çarəsiz durumda ölkəyə qayıtdım. Dövlət rəsmilərindən əlimi üzdüyüm üçün Xoşqədəm xanıma ümid edərək yenə ona zəng etdim. Apellyasiya məhkəməsinə kimi efirə çıxıb verilmiş bu ədalətsiz qərarı ölkə rəhbərliyinin diqqətinə çatdırmaq üçün mənə bir imkan yaradılmasını xahiş etdim. Yenə də eyni cavabı aldım. "Biz sizinlə əlaqə saxlayacağıq.”
Xanım aparıcının nəzərinə çatdırdım ki, uşaqların ünvanını da bilirəm və sizin əziyyət çəkib axtarış verməyinizə də gərək qalmayacaq.
Günlər, aylar, illər ötdü…
Bu günədək Xoşqədəm xanımdan xoş xəbər gözləyirəm. Etdiyim zəngdən bir müddət sonra yaxın dostlardan biri mənə dedi ki, Xoşqədəm xanımın filan saytın rəhbəri ilə ailə dostluğu var. Sən onunla danış, bəlkə heç efirə çıxmadan da Rusiyadakı əlaqələrindən istifadə edib sənə kömək edə bilər. Mən də həmin dostumuzla görüşüb xahiş etdim ki, onunla danışıb mənə yardımçı olsun. Dostlarının yanında xətir-hörmətli, mətbuatda özünə görə nüfuzu olan o jurnalist dostumuzdan hər dəfə soruşanda hiss etdim ki, mənə müsbət cavab verə bilmir.
Müxtəlif bəhanələrlə gah burada deyil xaricdədir, filan işə başı qarışıb və.s fikirlər təkrarlamağa başladı.
Yəqin ki, o da Xoşqədəm xanımdan xoş olmayan cavab almamışdı və mənə açıq demək istəmirdi. Ondan sonra başqa əlaqələrimdən istifadə edərək onun iç üzünü bildim. Onun hansı şərtlər altında efirdə çıxıb artislik etdiyini, insanların heysiyyatı ilə necə oynadığını öyrəndim. Bir ananın göz yaşlarını istehzalı gülüşlə qarşılayıb efirdə yalandan gözünün yaşını axıtmaqdan betər simasızlıq ola bilməz.
Belə maskalı şəxslərin əsil mahiyyətini təəssüf ki, insanlar vaxtında görə bilmir. Rəbiyyət Aslanova kimiləri parlamentdə oturub dövlət ərkanına, imicinə ləkə gətirdiyi kimi, Xoşqədəm Baxışəliyeva kimiləri də efirlərdən mənəviyyatımıza ləkə gətirir.
Müzakirələrin belə bir məqamında istədim ki, oxucularımız bu iki tanınmış qadının həm də oxşar tərəflərini görsün…
Könül QULİYEVA
AZİNFORUM.AZ
Pensiyalar nə qədər artırıla bilər? - DETALLAR
SOCAR-da "Ümumdünya Keyfiyyət Həftəsi 2025" təşəbbüsü çərçivəsində tədbir keçirilib - FOTO
Orta Dəhlizlə bağlı Birgə Təşəbbüs" sənədi imzalanıb
Saytlara girişdə yaranan qlobal problem təkrarlana bilər - "Cloudflare" üzr istədi, lakin...
Müdafiə naziri: "Moskva kiberhücumlar, casusluq, sabotaj və..."
Şəmkirdə evə basqın eədn iki nəfər saxlanıldı
Saytlar nədən çökdü və ya... - Osman Gündüz yazır
Bakı Şəhər İcra Hakimiyyəti hər bir rayona cavabdeh şəxs təyin edib - İcra başçılarına nəzarət olunacaq
Azərbaycan nefti cüzi bahalaşdı
İstanbulda şok: 21 məhəllə karantinə alındı
DŞ-2026: İspaniya yığması ilk qolunu Türkiyədən "yedi"
Tramp Ağ Evdə vəliəhdlə bir arada: "Sizə satacağımız F-35-lər İsrailə verdiyimizlə eyni olacaq"
Türkiyədə mərc oyunları: 4 hakim saxlanıldı
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Osimhen İstanbula dönüb: "Zədəm ciddi deyil"
Veysəloğlu Mərkəzi Sınaq Laboratoriyası ISO/IEC 17025 akkreditasiyasını əldə etdi – keyfiyyət və etibarlılıqda yeni mərhələ
Türkiyədə qanunsuz miqrant problemi: 31 nəfər saxlanılıb
PA rəhbəri, Prezidentin köməkçiləri... - Əlaqələndirmə Qərargahı Zəngilanda toplandı (FOTO, YENİLƏNİB)
Kaloğlu: "Bu il Super Liqaya yüksələn komanda olacağıq"
İsrail Livanı PUA-larla vurub - Ölənlər var
Məşhur müğənnini boğub öldürdülər - Qocalar evində
Saytlara girişdə yaranmış problemlə bağlı daha bir - Açıqlama
Keçmiş partiya sədrinin evi qarət edilib
"Beşiktaş" Rafa Silva ilə bağlı açıqlama yaydı: gedir, yoxsa qalır?
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Ekspert: "Azərbaycan saytları eyni səbəbdən açılmır" - "Saytların özündə, serverlərdə problem yoxdur" (Yenilənib)
Avropa çempionatı: millimiz səfərdə qalib gəldi
Əli Əsədov qərar imzalayıb
"Beşiktaş" 4 futbolçu almaq istəyir
TÜRKİYƏ FUTBOLUNDA QUMAR: daha 282 futbolçu cəzalandırıldı - SİYAH
İstanbulda İŞİD-ə qarşı əməliyyatı: 14 nəfər saxlanılıb
Yeni ildə əfv olacaq? - Komissiya üzvündən açıqlama
AHİK növbədənkənar qurultaya hazırlaşır - Sədr niyə narahatdır ki?
Xıdırlı kəndinə növbəti köç olub
Millimiz uduzub
Azərbaycan və Ermənistan parlament nümayəndələri görüşüb
TƏBİB sədri kimə yüksək vəzifə verib? - Departament rəhbəri haqqında maraqlı xəbər yayıldı
Beynəlxalq axtarışda olan azərbaycanlı tutulub - Polşada
Azərbaycanın Mərkəzi Asiya ölkələri üzrə ticarət nümayəndəsi təyin edilib - Səməd Həsənov kimdir?
Şimali Koreya: "Cənubi Koreyanın nüvə sualtı qayığı əldə etməsi domino effekti yaradacaq"
"Residence Cinema Club" hərraca çıxarıldı
Yevlaxda su təsərrüafatı sistemi bərbad vəziyyətə düşüb: qarşısı kəsilən kollektorlar, şoranlaşan torpaqlar... - FOTOLAR
Ali Məhkəmə Bəxtiyar Hacıyevlə bağlı qərar verdi
Bakıda evdən oğurluq edən şəxs tutulub