Polis Akademiyasına qəbulla bağlı abturiyentlərin nəticələrinə dair elan

img

15-05-2010 [01:58]


2010-2011-ci tədris ilində Polis Akademiyasına qəbul ilə bağlı Daxili İşlər Nazirliyinin Seçmə Komissiyasına buraxılan abituriyentlər xüsusi həkim komissiyasından keçdikdən sonra mərhələ-mərhələ 12, 13, 14, 17, 24 və 25 may tarixlərində saat 09:00-da keçiriləcək Seçmə Komissiyasına səliqəli saç düzümü və rəsmi geyimdə, şəxsiyyət vəsiqəsi ilə Daxili İşlər Nazirliyinin əsas binasında olmalıdırlar. DİN mətbuat xidmətinin yaydığı xəbərə görə, abituriyent öz istəyi ilə komissiyaya valideynləri və ya yaxın qohumları ilə (şəxsiyyət vəsiqəsi olmalıdır) gələ bilərlər. 17, 24 və 25 may tarixlərində keçiriləcək Seçmə Komissiyasına dəvət olunan abituriyentlər barədə əlavə məlumat veriləcək. Məlumat üçün əlaqə telefonları - 590-97-76; 590-99-47.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA