Orxan Fikrətoğluna ağır itki

img

16-11-2016 [11:12]


Şair, publisist Fikrət Sadıq 86 yaşında vəfat edib.

Məlumatı mərhumun oğlu Orxan FikrətoğluAzNews.az-a təsdiqləyib: 
"Ağciyərlərində problem var idi, bu gecə qəfildən halı pisləşdi. Ürəyi sağlam idi, şəkəri də normallaşmışdı.”

Mərhum bu gün Yasamal qəbiristanlığında dəfn olunacaq. Fikrət Sadıq 1930-cu il mayın 30-da Şamaxı şəhərində anadan olub. 1975-ci ildən ömrünün son gününədək Azərbaycan Yazıçılar Birliyində poeziya üzrə məsləhətçi işləyib. Prezidentin fəxri təqaüdçüsü idi.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA