Sumqayıtda ruhi xəstə FHN-i ayağa qaldırıb

img

12-05-2010 [04:07]


Sumqayıt şəhərində mənzildə bağlı qapı arxasında bir nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən MİA-ya verilən məlumata görə, hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, həmin şəxs ruhi xəstədir və o, giriş qapısını içəridən qəsdən bağlayaraq, ailə üzvlərini mənzilə buraxmır. Xilasedicilər beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsindən enərək, 3-cü mərtəbədə yerləşən həmin mənzilə eyvandan daxil olub, giriş qapısını açıblar. Vətəndaş mənzildə gərgin psixoloji vəziyyətdə aşkarlanıb. Xilasedicilər psixoloji söhbətlər apararaq, xəstəni sakitləşdirib və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 19:00-da başa çatıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA