Hakerlərdən "Reytinq" qəzetinə qarşı - Təxribat

img

02-11-2016 [14:05]


"Reytinq" qəzetinin saytına (reytinqinfo.az) hakerlər tərəfindən təxribat törədilib. Hakerlər, hazırda həbsdə olan jam.az saytının baş redaktoru Fikrət Fərəməzoğlunun ailəsi ilə bağlı adəçəkilən sayta təhqiramiz yazı yerləşdiriblər. 

Bu barədə mia.az-a açıqlama verən "Reytinq" qəzetinin baş redaktoru Afiq Mirzəbəyli deyib ki, həmin təxribatçı yazı səhər saatlarında başqaları tərəfindən sayta yerləşdirilib və facebookda paylaşılıb. A.Mirzəbəyli onu da əlavə edib, yazı dərhal saytdan silinib. 

Onun sözlərinə görə, texniki əməkdaşlar bu yazının sayta hansı yolla yerləşdirildiyini araşdırırlar.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA