Türkiyədə daha bir qəzet rəhbərliyinin həbsinə qərar verildi - Evlərinə polis basqını oldu

img

31-10-2016 [09:59]


Türkiyənin "Cümhuriyet” qəzetinin rəhbər şəxslərinin evi polis basqınına məruz qalıb.

Türkiyə mediasının məlumatına görə, bu gün səhər saatlarında polis Murad Sabuncunun, Akın Atalayın və qəzetin yazarı Güray Özün evində əməliyyat keçirib.

Murad Sabuncu və Güray Öz saxlanılıb. Akın Atalay isə xaricdə olduğu üçün onun barəsində həbs qətimkan tədbiri seçilib. 

Hadisənin təfsilatları və həbsin səbəbi barədə hələlik məlumat verilmir. 

Lent.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA