PKK AKP-nin binasına silahlı basqın elədi - Yaralılar var

img

31-10-2016 [00:58]


Türkiyənin Mardin vilayətinin Qızıltəpə rayonunda hakim Ədalət və İnkişaf Partiyasının binasına hücum edilib.

"Anadolu” agentliyi xəbər verir ki, PKK terrorçuları binaya  əldəqayırma qumbara atıb,  iriçaplı silahlardan atəş açıblar.

Hadisə nəticəsində binanın mühafizəsini təmin edən 3 polis əməkdaşı yaralanıb. Yaralı polis əməkdaşları xəstəxanaya çatdırılıb.  Onların həyatlarına təhlükə olmadığı bildirilir.

Qaçan terrorçuların yaxalanması üçün əməliyyat başlayıb.

APA


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 29.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA