Partiya sədrinin müavinini ayağından güllələdilər - Əməliyyat

img

29-10-2016 [23:22]


Türkiyənin əsas müxalifət partiyalarından biri Cümhuriyyət Xalq Partiyası sədrinin müavini Bülənt Tezcan silahlı hücum nəticəsində yaralanıb.

Naməlum şəxsin atəş açması nəticəsində siyasətçi ayağından yaralanıb.

İnsident Bülənt Tezcanın Aydın əyalətində restoranda olduğu zaman baş verib. Hücum edən şəxslər atəş açdıqdan sonra şüar səsləndiriblər və hadisə yerindən uzaqlaşıblar.

Hüquq-mühafizə orqanlarının əməkdaşları hücum edən şəxslərin müəyyənləşdirilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirirlər.

APA


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 29.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA