"Azəriqaz"ın mətbuat xidmətinin sabiq rəhbərinə yeni vəzifə verildi - Açıqlama

img

27-10-2016 [16:14]


"Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin keçmiş rəhbəri Araz Ağayevə vəzifə verilib.

A.Ağayev bu barədə şəxsi "Facebook" səhifəsində yazıb:

"26 oktyabr 2016-cı il tarixli müvafiq əmrə əsasən Azərbaycan Dillər Universitetinin İnformasiya Departamentinin müdiri vəzifəsinə təyin olunmuşam. Sizinlə yenidən əməkdaşlıq etməkdən məmnunluq duyuram. Əminəm ki, təmsil etdiyim ali təhsil müəssisəsinin fəaliyyətinin ictimaiyyətə çatdırılması istiqamətində əməkdaşlığımız faydalı olacaq. Bu yolda sizin hər birinizdən dəstək gözləyirəm. Eyni zamanda bildirirəm ki, Azərbaycan Dillər Universitetinin fəaliyyətinə dair bütün suallarınızı hər zaman cavablandırmağa hazırıq". 



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA