27-10-2016 [14:05]
Bakıda "Qanlı Göl” adlanan ərazidə yeni istirahət sağlamlıq mərkəzi və çoxmənzilli binalar inşa olunacaq.
Bunu Yasamal rayon İcra Hakimiyyəti başçısının I müavini, Köçürmə üzrə işçi komissiyanın sədri Səməd İslamov bildirib.
S. İslamov deyib ki, ümumilikdə "Qanlı Göl” ərazisi 219 hektar təşkil edir. "Qanlı Göl” ün cənub və cənub – qərb hissəsindəki ərazidə hələ 1996-cı ildə məcburi köçkün ailələri məskunlaşıb. 2014- cü ilin sonlarında Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və Yasamal rayon İcra Hakimiyyəti tərəfindən Badamdar istiqamətində olan ərazidə məskunlaşmış 300-ə yaxın məcburi köçkün ailələrinin köçürülməsi təmin edilib. Bu ailələrin hamısı şəhərin müxtəlif yerlərində rahat şəraitli mənzillərlə tam təmin olunub: "Bakı şəhərinin Baş Planının icrasının təmin edilməsi ilə əlaqədar qeyd edilən ərazi də daxil olmaqla gələcəkdə burada yeni istirahət sağlamlıq kompleksi inşa olunacaq, möhtəşəm park salınacaq. İnsanların sağlamlığını qorumaq, həmçinin, ətraf mühitin mühafizəsini, ekoloji vəziyyətinin yaxşılaşdırılmasını və gələcəkdə ondan səmərəli istifadə olunmasını təmin etmək, qorunub saxlanılmasına nəzarəti həyata keçirmək məqsədilə yeni, müasir standartalara uyğun salınacaq istirahət sağlamlıq kompleksi respublikamızda aparılan yenidənqurma işlərinin əhəmiyyətli layihələrindən biri olacaq. Layihə Avropanın tanınmış memarları tərəfindən hazırlanıb. "Qanlı Göl” adlanan ərazinin digər, şimal və şimal- qərb hissəsində, Yasamal rayonu, Xarici Dairəvi Avtomobil yolunun kənarında yerləşən ərazi isə vətəndaşların mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə Azərbaycan Respublikası Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən güzəştli mənzillərin inşası üçün seçilib. Vətəndaşların əlverişli şərtlərlə əldə edəcəyi mənzillərin yerləşəcəyi ərazinin sahəsi 11,6 hektardır”.
S. İslamov qeyd edib ki, ilkin hesablamalara görə, salınacaq şəhərcikdə 2 minə yaxın mənzil tikiləcək: "Şəhərin ekoloji cəhətdən təmiz, sağlam və əlverişli hissəsində yerləşən ərazinin yaxınlığında 5 hektara yaxın yaşıllıq zonasının olması isə onun ekoloji durumunu daha da yaxşılaşdırır. İnsanların çox vaxt itirmədən iş yerlərinə çatması məqsədilə yeni şəhərciyin nəqliyyat sisteminin paytaxtın mövcud nəqliyyat şəbəkəsi ilə inteqrasiyası təmin ediləcək. Şəhərcikdə çoxmənzilli binalarla yanaşı, insanların rahat yaşayışı üçün hər cür şəraitin yaradılması, normalara uyğun olaraq həyətlərin, yaşıllıq zolaqlarının, uşaq meydançalarının, vətəndaşların zəruri ehtiyaclarının ödənilməsini təmin etmək üçün məktəb, uşaq bağçası, məişət və xidmət obyektləri, həmçinin digər müvafiq sosial infrastrukturun yaradılması nəzərdə tutulur”.
S. İslamov nəzərə çatdırıb ki, "Qanlı Göl” adlanan ərazinin şimal və şimal-qərb hissəsində yerləşən 11,6 hektar ərazidə hal-hazırki zamanda MİDA tərəfindən inşa olunacaq çoxmənzilli binaların tikintisinə heç bir maneə yoxdur. Hazırki vəziyyətdə orada hər hansı bir yaşayış sahələrinin söküntüsünə ehtiyac yoxdur: "Lakin gələcəkdə növbəti mərhələlərdə layihənin daha geniş ərazidə tətbiqi üçün zərurət yarandıqda bu sahələrin də boşaldılması təmin ediləcək. Ərazidə yerləşən yaşayış evlərinin söküntüsü zamanı uzun illər həmin evlərdə yaşadıqlarını nəzərə alaraq, sənədsiz evlər də daxil olmaqla sahəsinə görə mənzil sahiblərinə dövlət tərəfindən kompensasiyalar ödəniləcək. Ancaq, həmin ərazidə yaşayan hər bir vətəndaş bunu bilməlidir ki, təsərrüfat məqsədilə qanunsuz olaraq zəbt olunmuş və çəpərlənmiş torpaq sahələrinə görə heç bir kompensasiya ödənilməyəcək”.
APA
Gəncədə daha br əməliyyat: vəzifəli şəxslərə cinayət işi açıldı
Şanlıurfada terror əməliyyatı: 17 nəfər saxlanılıb
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Slovakiyanın Baş naziri Şəhidlər xiyabanını ziyarət edib - FOTO
“Badamdar Estates”in baş mühasibinə cinayət işi açılıb
Bolqarıstan prezidenti Azərbaycana rəsmi səfərə gəlib
Prezident İlham Əliyev Slovakiyanın Baş naziri ilə görüşüb - Birgə bəyanat + FOTOLAR (Yenilənib)
Emin Əmrullayevin qardaşına sərt ittiham var: "Dedi, al bu 100 mini, get və..." - Qalmaqallı məhkəmə işi (VİDEO)
Sabiq Baş nazir prorektor vəzifəsindən azad olunub
Neftçalada molla narkotik satarkən saxlanıldı - Yenilənib
MƏKTƏBDƏ 250 MİN MANATLIQ MƏNİMSƏMƏ: cinayət işi açıldı
Əli Əsədov Kahramanmaraşda: Baş nazir “Azərbaycan məhəlləsi”ndə tikinti işləri ilə tanış olub
Bakıda oteldə müəmmalı olay: iki nəfər ölüb, ağır vəziyyətdə olanlar var (YENİLƏNİB)
"Fənərbağça"nın kapitanı: "Artıq çempionluq mümkün deyil"
Çempionlar Liqası: PSJ yoxsa "Dortmund"? - Bu gecə "döyüş" olacaq
Ərdoğan Küveyt əmirini hava limanında qarşılayıb - FOTOLAR
Nəsimi rayonunda tədbir keçirilib - FOTOLAR
Sabah leysan yağacaq - Xəbərdarlıq
Bu qanunu pozanlar cərimələnəcək - 12 min manatadək
MHP sədri: "Əllərində ülkücü qanı olanların feriştahı gəlsə, bizdə yapraq belə qımıldamaz"
İsrail əsgərləri daha 22 nəfəri həbs edib
Türkiyə ordusu daha 4 terrorçunu zərərsizləşdirib - Suriyada
Saatlının yeni DYP rəisi kimdir? - Təyinat
Ədliyyə işçiləri ilə bağlı yeni qərar verildi
Növbədənkənar seçki: proporsional sistem, referendum, deputat sayı... - YAP-çı deputatdan maraqlı MÜSAHİBƏ
Əfv Məsələləri Komissiyası bu tarixdə toplanır
Aleks de Souza Türkiyəyə dönür - Bu dəfə baş məşqçi kimi
PUTİN ƏMR VERDİ: Rusiya nüvə qoşunlarını ayağa qaldırıb - Qərbin mümkün hücumuna hazırlıq başlayıb
"Yelo Bank" keçmiş vəzifəli şəxsləri məhkəməyə üz tutub
DEPUTATLAR TOPLANIB: hansı qanunlar dəyişir? - SİYAHI
Tərtərdə məktəblilər arasında dava: ölən var
Əfqanıstanda güclü sel: 15 nəfər ölüb, yüzlərlə ev su altında qalıb
İsrail ordusu Rəfahda sərhəd qapısını ələ keçirib - Ordu açıqladı
Rektor özünə daha bir xidməti maşıən alır - 110 min manata
Azərbaycan və Slovakiya arasında yeni sənədlər imzalanıb
Ağsuda əməliyyat: saxlanılan var