24-10-2016 [21:33]
"Normand dördlüyü” (Ukrayna, Rusiya, Almaniya, Fransa) ölkələrinin prezidentlərinin ötən həftə Berlində keçirilən danışıqlarının sensasion detalları yayılıb.
Ukraynanın "Liqa” saytı bu ölkənin danışıqlarda iştirak etmiş nümayəndə heyətindəki mənbəyə istinadən prezident Pyotr Poroşenkonun rusiyalı həmkarı Vladimir Putinlə sərt polemika apardığını bildirir.
Xatırladaq ki, "Normand dördlüyü” ölkələri Donbassda hərbi əməliyyatların dayandırılmasına dair Minskdə razılaşma əldə ediblər. Lakin bu razılaşma yerinə yetirilmir. Elə Berlin görüşü də bu məsələ ilə bağlı təşkil edilmişdi.
Məlumata görə danışıqların mətbuata qapalı keçən hissəsində Ukrayna nümayəndə heyəti Minsk razılaşmasının yerinə yetirilməsinin mümkün olmadığını, bunun səbəblərinin Donbass separatçıları tərəfindən atəşkəsin tez-tez pozulması və Rusiyanın bölgəyə silah göndərməyi dayandırmamasıo olduğunu bildirib. Ukrayna tərəfi deyib ki, hərbi eskalasiya davam etdikdə Kiyev Donbassın statusu haqda qanun qəbul edib birtərəfli güzəştə gedə bilməz.
Putin isə özünü elə göstərib ki, nə baş verdiyini başa düşmür və əsas diqqəti seçkilərə, Donbassın statusuna, qoşunların geri çəkilməsinə yönəldib.
Danışıqlar dalana dirənib və Almaniya kansleri Putini konstruktiv məcraya qaytarmağa çalışıb.
Angela Merkel deyib: "Gəlin razılaşaq ki, atəşi dayandırmaq lazımdır”.
Putin isə "Bu, Ukrayna tərəfinin ideyasıdır” deyib və dolayısı ilə ifadə edib ki, Moskva atəşin dayandırılmasına dair qarantiya verə bilməz.
Diskussiyalar davam edib, kansler Merkel deyib ki, liderlər bir-birləri ilə açıq danışmaq istəmir və bu halda onların Berlinə toplaşmasının səbəbini anlamır.
Bu məqamda prezident Poroşenko söz alıb və birbaşa Putinə üz tutaraq deyib:"Bilirsiniz, heç kim üçün sirr deyil ki, Donbassın işğal olunmuş ərazilərində sizin nə qədər silahınız və qoşunlarınız var. Biz nə üçün buradayıq? Onun üçün ki, siz atəş açmağı dayandırasınız…”.
Bu məqamda Putin Poroşenkonun sözünü kəsib və Minsk razılaşmasının siyasi hissəsinin yerinə yetirilməli olduğuna dair atmaca atıb. Poroşenko isə səsini qaldırıb, barmağını Putinə tuşlayaraq əsəbi halda deyib: "Yox, sən sadəcə olaraq atəş açmağı dayandır!”.
Danışıqların rəsmi hissəsi başa çatandan sonra kansler Merkel prezidentləri söhbəti şam yeməyi ətrafında davam etdirməyə çağırıb. Lakin Putin azı üç dəfə danışıqların dayandırılmasını istəyib.
"Bütün bunları dayandırmaq lazımdır. Biz Minskdəki kimi səhərə qədər burada oturmalı deyilik” – Putin əsəbi halda bildirib.
Merkel isə Putinə xatırladıb ki, danışıqlar onun ənənəvi olaraq gecikməsi ucbatından uzanıb.
"Biz adəti üzrə burada da vaxtında başlamadıq” – kansler replika atıb.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə Berlin danışıqlarının asan keçmədiyini təsdiq edib, ancaq Poroşenko ilə Putin arasında əsəbi söhbətin olmadığını deyib.
Virtualaz.org
Musiqiyə yüksək səs verən qadın öldürüldü - Türkiyədə + FOTO
Azərbaycana xəzər dənizi ilə narkotik gətirməkdə təqsirləndirilən İran vətəndaşlarının məhkəməsi başlayır
Mehriban Əliyeva Cabir İmanovun ölümü ilə bağlı başsağlığı verib
Ceyhun Bayramov Qazaxıstanın yeni xarici işlər nazirini təbrik edib
Kolleclərə boş qalan plan yerlərinə qəbulun nəticələri açıqlanıb
ABŞ və Ermənistan "Tramp marşrutu"nu müzakirə etməyə başlayıb
Növbəti üç gündə leysan yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ
"Mançester Siti" gənc oyunçusu ilə yeni müqavilə imzalayıb
Okan Buruk: "Əlimizdən gələni etmək istəyirik"
Müğənni Elza Seyidcahan məhkəmədə: "Məni oraya anam aparıb"
Əməkdar artist Cabir İmanov vəfat edib - İdman zalında (YENİLƏNİB)
İsrail Qəzzanı bombalayır - Ölənlərin sayı artıb
Əli Əsədov Belarusa gedib
“Qarabağ” – “Kopenhagen” oyununun hakimi bəlli olub
CityNet "Jurnalistlər binası"nda yeni hiyləyə əl atıb, yoxsa...?
Prezident Rafiq Məmmədhəsənova orden verdi - Sərəncam
Mauro İkardi İstanbulda yeni ev kirayələyib - Ayı 25 min dollara
Dəmir Yolunda gedişhaqqı artırılmayacaq - Açıqlama
Sabah yağış yağacaq
Qarabağ bölgəsində daha 1 225,1 hektar ərazi minalardan təmizlənib
Nazirlik: "Tarif dəyişikliyi bu avtobuslara şamil edilməyəcək"
Ağsuda keçmiş məhkum saxlanıldı - Narkotikə görə
METRO və AVTOBUSLARDA GEDİŞHAQQI QALXDI - Nazirlik açıqlama yaydı
TƏBİB: "Şairin vəziyyəti orta ağırdır"
“Azra” şirniyyat evində şok olay: qız əməkdaş stəkanlara tüpürür və... - Polis faktı araşdırır (VİDEO)
Kamran Əliyev Səbail rayonunda vətəndaşları qəbul edəcək
Yasamalda gölü qurudub bina tikirlər: yerdən isə su fontan verir, sakinlər həyəcan təbili çalır - VİDEO
VHP Ali Məclisinə sədr seçilib
Rusiya Zaporojyeni bombalayıb - 50 yaralı, 500-dən çox dağıntı var
Bu gün İmişlinin bir hissəsində qaz olmayacaq
QƏZZANI İRAQA SAVAŞDA YER ALAN SABİQ BAŞ NAZİR YÖNƏLDƏCƏK - Plan açılır, HƏMAS "O, Şeytandır" deyir
Bakıda TDT-yə üzv dövlətlərin beyin mərkəzlərinin konfransı başlayıb
Moldovada parlament seçkiləri: hansı siyasi blok qalib gəldi?
Məşhur aktyora kəllə atan jurnalist: "Qızıma və rəhbərimə söydü..."