17-10-2016 [14:18]
"Türkiyəyə deyirlər ki, Mosula girmə. Necə girməyək? İraqla 350 km sərhədimiz var, heç İraqla əlaqəsi olmayanlar oradadır”.
Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada keçirilən Beynəlxalq Hüquq Konqresində çıxışında söyləyib.
R. T. Ərdoğan bildirib ki, Türkiyə Mosul əməliyyatında da, əməliyyatdan sonra masada da olacaq: "Çünki orada bizim üçün bir tarix var. Kimsə bizdən Başika düşərgəsini tərk etməyimizi gözləməsin. Məsələ terror təşkilatına qarşı mübarizədirsə, əvvəldən biz bu mübarizəni aparırıq.
Mosullu qardaşlarımızı, o cümlədən peşmərgələri İŞİD-ə qarşı hazırlayan bizik. Əks halda, bu gün Mosul əməliyyatında İŞİD-ə qarşı uğurlu mübarizə aparacaq qüvvələr olmazdı. Terror təşkilatlarına bir vasitə kimi yanaşan və dəstək verənləri qınayıram. Terror təşkilatları bumeranq kimidir, gec-tez onlardan istifadə edənləri də vurur. Birgə əməkdaşlıq olmadan terrora qarşı səmərəli mübarizə aparmaq mümkün deyil”.
Türkiyə prezidenti bildirib ki, Türkiyə PKK-nı dəfələrlə məğlub edib, ancaq İraqdakı, Suriyadakı düşərgələrdə yetişdirilən yeni terrorçular Türkiyəyə göndərilir:
"Bir çox ölkə PKK terror təşkilatına dəstək verir. PKK bir çox Avropa ölkəsində çadırlar qurur, milyonlarla vəsait toplayır. Strasburqda, Brüsseldə PKK-nın ofisləri var, rahatlıqla vəsait toplayırlar. Avropa İttifaqı PKK-nı terror təşkilatı kimi tanıyır, ancaq onlara şərait yaradır. Almaniyanın baş nazirinə "G-20” sammitində 4 min sənəd verdim. İstanbula gələndə soruşdum ki, o sənədlərin taleyi necə oldu. Dedi ki, sənədlərin sayı 4500-ə çatdı. Hüquq belə olarsa, terrora qalib gəlmək mümkün deyil. İŞİD bəhanə edilərək, Suriya və İraqda böyük faciələr törədilir. 6 ildə Suriyada 600 min insan həyatını itirib.
"Fərat qalxanı” əməliyyatı çərçivəsində Cerablusun azad edilməsi göstərdi, qısa müddətdə özümüz bu problemi həll edə bilərik. Türkiyənin israrla Mosul əməliyyatından kənarda tutulması orada məzhəb savaşının qarşısını ala biləcəyimiz üçündür. Məzhəb savaşının qarşısını alacağı üçün Türkiyəni Mosul əməliyyatından kənarda saxlamağa çalışırlar. Biz sünni-şiə qarşıdurmasına yol verə bilmərik. Bizə deyirlər ki, sünni-şiə qarşıdurmasına yol verməyəcəyik. İraq ordusu əsasın kimlərdən təşkil olunub? Əsasən şiələrdən təşkil olunub. İraq ordusu da ora "Haşdi-Şabi” qrupunun yerləşməsinə səbəb olacaq. Bu da məzhəblərarası qarşıdurmaya səbəb olacaq”.
R. T. Ərdoğan Suriyanın PKK qolu olan PYD-yə verilən silahların bir qisminin PKK tərəfindən Türkiyəyə qarşı istifadə edildiyini vurğulayıb: "Bu anlayışla terrorla mübarizə aparmaq mümkündürmü? Fətullahçı Terror Təşkilatının rəhbəri Fətullah Güləni istədik. ABŞ isə öz hüquq sistemini əsas gətirərək terror təşkilatının rəhbərini təhvil vermir. Bir ölkənin hüquq sistemi terrorçuların liderini qoruya bilərmi? "Əl-Qaidə” ABŞ-da terror aktı həyata keçirərkən ABŞ-ın hüquq sistemi yox idi? ABŞ Üsamə bin Ladeni Pakistanda hansı hüquqla vurdu? İraq və Əfqanıstanda necə əməliyyatlar həyata keçirdi? Əgər bu gün ABŞ belə davranarsa, sabah başqalarına deməyə bir sözü olmaz”.
R. T. Ərdoğan ABŞ-a xəbərdarlıq edib: "Münbiç əməliyyatında bizə söz verdiniz. PYD-YPG terror təşkilatının ora girməyəcəyini dediniz. Verdiyiniz sözü tutun. Oranın 95 faizi ərəbdir. Bu səhər mesajımız çatdırıldı. Əgər oranı PYD-YPG-dən azad etməsəniz, sizinlə ortaqlığımız bitər. Strateji ortağıq, amma bizimlə yox, terror təşkilatı ilə hərəkət edirsiniz”.
APA
Musiqiyə yüksək səs verən qadın öldürüldü - Türkiyədə + FOTO
Azərbaycana xəzər dənizi ilə narkotik gətirməkdə təqsirləndirilən İran vətəndaşlarının məhkəməsi başlayır
Mehriban Əliyeva Cabir İmanovun ölümü ilə bağlı başsağlığı verib
Ceyhun Bayramov Qazaxıstanın yeni xarici işlər nazirini təbrik edib
Kolleclərə boş qalan plan yerlərinə qəbulun nəticələri açıqlanıb
ABŞ və Ermənistan "Tramp marşrutu"nu müzakirə etməyə başlayıb
Növbəti üç gündə leysan yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ
"Mançester Siti" gənc oyunçusu ilə yeni müqavilə imzalayıb
Okan Buruk: "Əlimizdən gələni etmək istəyirik"
Müğənni Elza Seyidcahan məhkəmədə: "Məni oraya anam aparıb"
Əməkdar artist Cabir İmanov vəfat edib - İdman zalında (YENİLƏNİB)
İsrail Qəzzanı bombalayır - Ölənlərin sayı artıb
Əli Əsədov Belarusa gedib
“Qarabağ” – “Kopenhagen” oyununun hakimi bəlli olub
CityNet "Jurnalistlər binası"nda yeni hiyləyə əl atıb, yoxsa...?
Prezident Rafiq Məmmədhəsənova orden verdi - Sərəncam
Mauro İkardi İstanbulda yeni ev kirayələyib - Ayı 25 min dollara
Dəmir Yolunda gedişhaqqı artırılmayacaq - Açıqlama
Sabah yağış yağacaq
Qarabağ bölgəsində daha 1 225,1 hektar ərazi minalardan təmizlənib
Nazirlik: "Tarif dəyişikliyi bu avtobuslara şamil edilməyəcək"
Ağsuda keçmiş məhkum saxlanıldı - Narkotikə görə
METRO və AVTOBUSLARDA GEDİŞHAQQI QALXDI - Nazirlik açıqlama yaydı
TƏBİB: "Şairin vəziyyəti orta ağırdır"
“Azra” şirniyyat evində şok olay: qız əməkdaş stəkanlara tüpürür və... - Polis faktı araşdırır (VİDEO)
Kamran Əliyev Səbail rayonunda vətəndaşları qəbul edəcək
Yasamalda gölü qurudub bina tikirlər: yerdən isə su fontan verir, sakinlər həyəcan təbili çalır - VİDEO
VHP Ali Məclisinə sədr seçilib
Rusiya Zaporojyeni bombalayıb - 50 yaralı, 500-dən çox dağıntı var
Bu gün İmişlinin bir hissəsində qaz olmayacaq
QƏZZANI İRAQA SAVAŞDA YER ALAN SABİQ BAŞ NAZİR YÖNƏLDƏCƏK - Plan açılır, HƏMAS "O, Şeytandır" deyir
Bakıda TDT-yə üzv dövlətlərin beyin mərkəzlərinin konfransı başlayıb
Moldovada parlament seçkiləri: hansı siyasi blok qalib gəldi?
Məşhur aktyora kəllə atan jurnalist: "Qızıma və rəhbərimə söydü..."