Aznews.az-ın keçmiş baş redaktoru yeni sayt yaratdı - Açıqlama

img

17-10-2016 [12:58]


Bu gündən "Bakı Post” (http://bakipost.az/) saytı yeni, modern informasiya resursu kimi istifadəyə verilir. 

Sayta bakipost.az və bakupost.az domenlərindən giriş olacaq. Sayt rəhbərliyinin mətbuat üçün yaydığı xülasədə deyilir: 

"Bakı Post”un hədəfi ölkəmizin informasiya mühitində canlanma yaratmaq və məlumata daha tez çatmaqla cəmiyyətin operativ informasiya ehtiyacının ödənməsinə xidmət etməkdir. Demokratiya və plüralizm prinsiplərinə əsaslanan "Bakı Post”, hər bir izləyənin azad tribunasına çevriləcək. Bu sayt yalnız xəbər dərc etməklə kifayətlənməyəcək, təhlillər, rəylər, mütəxəssis fikirləri ilə baş verən hadisələrin əsl mahiyyətini açmağa çalışacaq.

İnanırıq ki, "Bakı Post”, qısa müddət ərzində obyektiv xəbərlərin ünvanı, oxucuların etibar etdiyi, güvəndiyi bir portala çevriləcək. Ölkəmizə "Bakı Post”un pəncərəsindən baxın. Daha gerçək bir ölkə görmək üçün!” 

Saytın rəhbəri Aznews.az-ın keçmiş baş redaktoru Elçin Zahiroğludur.


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:33 22.09.2025

Tələbə bıçaqlanıb

13:24 22.09.2025

Qəzzada itkilər artıb

12:31 22.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA