Bərpa Olunan Enerji və Enerji Səmərəliliyi üzrə Ekspertlər qrupunun növbəti sessiyası keçiriləcək

img

15-10-2016 [13:56]


18 oktyabr 2016-cı il tarixində saat 09.00-da Azərbaycan hökuməti və BMT Avropa İqtisadi Komissiyası (AİK) Dövlət Agentliyinin təşkilatçılığı ilə Bakı şəhərində BMT-in 70 üzv dövlətindən 400-dən artıq hökumət rəsmiləri, beynəlxalq enerji ekspertləri, maliyyə və işgüzar sektorun nümayəndələri, elmi tədqiqatçılar, alimlər və ictimaiyyət nümayəndələrinin iştirakı ilə "Dayanıqlı inkişaf üçün enerji” VII Beynəlxalq Forumu, həmçinin Forum çərçivəsində 20 oktyabr 2016-cı il tarixində saat 09.00-da "Bərpa Olunan Energetikanın inkişafı” beynəlxalq konfransı keçiriləcəkdir. Eyni zamanda 18-21 oktyabr 2016-cı il tarixində ilk dəfə Cenevrədən kənarda Bərpa Olunan Enerji və Enerji Səmərəliliyi üzrə Ekspertlər qrupunun növbəti sessiyası baş tutacaqdır.

Tədbirlər çərçivəsində davamlı inkişaf hədəflərinə nail olmaq üçün maneələrin aradan qaldırılması, ölkələrin ətraf mühitə təsirlərin azaldılmasına dəstəyi, "Paris İqlim sazişi”ndən və Dayanıqlı İnkişaf Naminə Enerji (SE4ALL) üzrə razılaşdırılmış Fəaliyyət planınından irəli gələn milli öhdəliklərin və çağırışların dünya dövlətləri tərəfindən tətbiqi istiqamətindəki fəaliyyətlərinin öyrənilməsi, karbon intensivliyinin azaldılmasında alternativ və bərpa olunan enerji mənbələrinin və enerji səmərəliliyinin rolunun artırılması, bu istiqamətdə investisiya imkanlarının araşdırılması kimi mühüm məsələlər müzakirə olunacaqdır.

Tədbir müddətində 18 oktyabr 2016-cı il tarixində saat 09:45-də JW Marriott Abşeron otelinin Xocasən zalında Forumla əlaqədar mətbuat konfransı keçiriləcək. Tədbir haqqında ətraflı məlumatları müntəzəm olaraq http://www.area.gov.az internet səhifəsindən izləmək və iştirak üçün qeydiyyat keçmək mümkündür.



Digər xəbərlər
SON XƏBƏRLƏR
16:33 22.09.2025

Tələbə bıçaqlanıb

13:24 22.09.2025

Qəzzada itkilər artıb

12:31 22.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA