Putin Avropanın liderləri ilə zəngləşdi - Kremldən açıqlama

img

12-10-2016 [21:54]


Rusiya prezidenti Vladimr Putin, Almaniya kansleri Angela Merkel və Fransa prezidenti Fransua Olland arasında telefon danışığı olub.

Bu barədə Kremlin mətbuat xidməti məlumat verib.

Söhbət zamanı Suriya böhranı müzakirə edilib, terror təhlükəsinə qarşı mübarizədə səylərin əlaqələndirilməsinin vacibliyi qeyd edilib.

"Rusiya prezidenti ümidvar olduğunu bildirib ki, oktyabrın 15-də Lozannada keçirilməsi nəzərdə tutulan Rusiya və ABŞ xarici siyasət idarələrinin rəhbərləri, regionun bir sıra ölkə nümayəndələrinin də iştirak edəcəyi  görüşdə Suriyada münaqişənin nizamlanması baxımından məhsuldar olacaq”,– məlumatda deyilir.

APA


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 29.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA