ABŞ Rusiya ilə danışıqları dayandırdı, rəsmi Moskvadan cavab gecikmədi

img

04-10-2016 [00:44]


ABŞ Rusiya ilə Suriyadakı savaşın dayandırılması  yönündə aparılan ikitərəfli danışıqları birtərəfli şəkildə kəsdi.

Mia.az xəbər verir ki, bu barədə ABŞ-ın Xarici İşlər Nazirliyinin sözçüsü Con Kirbi yazılı açıqlama yayıb.

O, "ABŞ Suriiyadakı iç savaşın həll olunması və humanitar yardım istiqamətində Rusiya ilə apardığı ikitərəfli təmasları dayandırır", – deyə, bildirib.

ABŞ rəsmisi alınan qərarın çətin olduğunu, ancaq Rusiyanın humanitar yardım və BMT-nin 2254 saylı qərarı daxil, digər anlaşmaları yerinə yetirmədiyini vurğulayıb:"Buna görə də, ABŞ Rusiya ilə təmas halında olan bütün görəvlilərini geri çəkir. Ancaq iki ölkə arasında Suriyada qarşıdurma yaranmaması üçün Rusiya ilə təmaslarımız davam etdiriləcək".

Mia.az xəbər verir ki, ABŞ-ın bu bəyanatına Rusiyadan cavab gecikməyib.

Belə ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova "Vaşinqton Hələb sakinlərinin insani durumunu nisbətən normallaşdırmaq üçün anlaşmanın kilid nöqtəsini yerinə yetirmədi. İndi də özlərinin hazırladığı anlaşmanı yerinə yetirməkdə aciz olduqları üçün məsuliyyəti başqasının üzərinə yükləməyə çalışırlar", – deyə, bildirib.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 29.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA