Gəncə-Bakı avtobusu "Kamaz"la toqquzub, 5 nəfər ölüb, 16 nəfər yaralanıb

img

06-05-2010 [12:09]


Bu gün səhər Hacıqabul rayonu ərazisində ağır yol qəzası baş verib. Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, saat 05:30 radələrində Gəncədən Bakı istiqamətində hərəkət edən "Mercedes" markalı sərnişin avtobusu yolun kənarında dayanmış "Kamaz" markalı yük maşını ilə toqquşub. Hadisə Bakı-Qazax yolunun 140-cı kilometrliyində, Hacıqabulun Muğan qəsəbəsi ərazisində qeydə alınıb. Qəza zamanı 5 nəfər ölüb. Ölənlərin bir ailənin üzvləri olduğu bildirilir. Hacıqabul rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə, qəza ilə bağlı xəstəxanaya 7 yaralı gətirilib. Onlardan 3 nəfər vəziyyəti ağır olduğundan, Şirvan şəhər Mərkəzi Xəstəxanasına göndərilib(milli.az). Hazırda Hacıqabul xəstəxanasında müalicə olunan yaralılar aşağıdakılardır: Aydın Xudayev-18 yaş Ələsgər Verdiyev - 24 yaş Cabbar Həbibov - 70 yaş Əmrah Haqverdiyev - 51 yaş. Onların hamısı Gəncə şəhər sakinləridir. Vəziyyətləri orta-ağır kimi qiymətləlndirilir. Şirvan şəhər Mərkəzi Xəstəxanasına 12 nəfər gətirilib: Nail Bağırov - 63 yaş Yurik Abdullayev - 33 yaş Əlibala Vəliyev - 51 yaş Nizami Seyfullayev 60 yaş Yasin Xəlilov - 1 yaş Sənəgül Qurbanova - 29 yaş Yazgül Rəhimova - 48 yaş Fazil Qafarov - 49 yaş Mahir Xəlilov - 32 yaş Tamara Abdullayeva - 53 yaş Nazlı Paşayeva - 45 yaş 1 nəfər isə yüngül xəsarət aldığından xəstəxanaya yerləşdirilməyib. Adları çəkilənlərin vəziyyətləri orta-ağırdır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA