08-10-2016 [19:19]
Bu gün səhər saat 8-dən seçki məntəqələrinə gələnlər 4 il fəaliyyət göstərəcək 150 yerlik parlamentin üzvlərini seçirlər.
Mərkəzi Seçki Komissiyasının məlumatına görə, yerli vaxtla saat 3-dək seçicilərin 34.8 faizi səs verib. Seçkidə 3 milyon yarımdan artıq adam iştirak edə bilər. Gürcüstan xaricində səsvermə 40 ölkədə təşkil olunub. Qanunverici orqana seçkilərdə 25 seçki subyekti, 19 partiya və 6 seçki bloku iştirak edir.
Ekspertlərə əsasən, seçkilərin nəticələrini proqnoz etmək çətindir. Belə ki, elektoratın əhəmiyyətli hissəsinin siyasi rəğbəti son anadak qeyri-müəyyən qalıb.
MSK-nin spikeri Anna Mikeladze bir neçə seçki məntəqəsində səsvermə prosesinin bir qədər gecikmə ilə başlandığını deyib.
Onun sözlərinə görə, məntəqəyə gələn jurnalist və müşahidəçilərin sayının gözlənildiyindən artıq olmasına görə qeydiyyat prosesi ləngiyib.
Seçkilərin sonuna doğru Marneulinin Qızılhacılı kənd orta məktəbinin 48 saylı seçki məntəqəsinə polis və xüsusi təyinatlı dəstə yeridilib.
Bunu hadisə yerindən jurnalist Seymur Kazımov bildirib.
Hadisə şahidləri iddia edir ki, bu dairədə seçkiləri hakim partiyanın xeyrinə saxtalaşdırmaq cəhdi qarşı tərəfin etirazlarına səbəb olub. Hadisə ardınca hər iki partiyanın tərəfdarları seçki məntəqəsinin qarşısında toplaşıb.
Bu hadisədən əvvəl, MSK dairə komissiyalarına 46 şikayətin verildiyini bildirib.
Səhər saatlarında Marneuli MSK-nın katiblyi bəzi şikayət ərizələrinin daxil olduğunu bildirib. Lakin onların məzmunu barədə dəqiq məlumat yoxdur.
"Hazırda şikayətləri qəbul edirik, onları oxuyub və tanış olduqdan sonra açıqlama veriləcək", - deyə, katiblikdən bildiriblər.
Azərbaycanlıların kompakt yaşadığı Kvemo Kartli regionundan olan azərbaycanlı namizədlər də seçki marafonuna qoşulub.
Yerli MSK-nın sədri Koba Asanidzenin məlumatına görə, Marneulidə 98 min seçki hüququ olan vətəndaş var. Seçki məntəqələrinin sayı isə 89-dur.
Səsverməni izləyən Azad Seçkilər və Demokratiya Uğrunda Beynəlxalq Cəmiyyət (ISFED) qrupunun minədək müşahadiçəsi seçkilərin ümumən sakit şəraitdə keçdiyini bidlirir.
150 yerlik parlamentə 77 nəfər proporsional, 73 nəfər isə majoritar sistem əsasında seçilir.
Seçkilər yerli vaxtla axşam saat 8-də bitəcək(BBC).
*****
Oktyabrın 8-də Gürcüstanda keçirilən parlament seçkilərini Azərbaycandan getmiş millət vəkilləri də izləyir. Deputatların paytaxt Tbilisidə və Gürcüstanın bölgələrində səsvermənin gedişini izlədikləri bildirilir.
İzləyici qrupuna millət vəkilləri Əflatun Amaşov, Hikmət Məmmədov, Əli Məsimli və Sabir Hacıyev daxildir. Onlar həm də Avropa Şurası Parlament Assambleyasını,GUAM Parlament Assambleyasını təmsil edirlər.
Müşahidə aparan millət vəkillərindən Əflatun Amaşov jurnalistlərə açıqlamasında hər hansı pozuntuya rast gəlmədkilərini deyib(Azertac).
Millət vəkili bir neçə seçki məntəqəsində olduqlarını deyib.
"Müşahidələrimiz zamanı heç bir qanun pozuntusu ilə qarşılaşmadıq. Səsvermə sakit, azad, şəffaf və demokratik keçir. Səsvermə başa çatdıqdan sonra Azərbaycandan gəlmiş müşahidəçilər nəticələrlə bağlı mövqelərini açıqlayacaqlar”, Ə.Amaşov bildirib.
Digər deputat Hikmət Məmmədov da səsvermə prosesi zamanı heç bir qanun pozuntusu ilə rastlaşmadıqlarını bildirib. O, səsverməyə hazırlığınyüksək səviyyədə olduğunu, seçicilərin siyasi fəallığının nəzərə çarpdığını bildirib.
"Gürcüstandakı parlament seçkilərini ciddi demokratiya yarışı da adlandırmaq olar. Seçkilərdə 20-yə yaxın siyasi partiya və seçki blokları iştirak edir. Seçki marafonu çox sakit və demokratik keçir. Bunu çoxsaylı beynəlxalq və yerli müşahidəçilər də təsdiq edirlər”.
Oktyabrın 8-də Gürcüstanda parlament seçkisi keçirilir.150 yer uğrunda 25-dən çox siyasi partiya və blok mübarizə aparır.
Seçkiyə namizəd kimi 30-a yaxın azərbaycanlı qatılıb. İlk dəfədir ki, azərbaycanlı namizədlər daha çox müxalifət sıralarından namizədliklərini irəli sürürlər. Hakim partiyanın cəmi 3 azərbaycanlı namizədi var.
Gürcüstanda 3.5 milyon seçici var.
Ekspertlər əsas mübarizənin hakim "Gürcü arzusu” ilə keçmiş prezident Mixail Saakashvilinin Vahid Milli Hərəkatı arasında getdiyini deyir.
Gürcüstanda son Konstitusiya dəyişikliyindən sonra parlamentin səlahiyyətləri gücləndirilib. Artıq hökuməti Gürcüstan parlamenti təşkil edir.
Xatırlaadq ki, sonuncu parlament seçkiləri 2012-ci ildə keçirilmiş və müxalifətdə olan "Gürcü koalisiyası” Saakashvilinin partiyasına qalib gəlmişdi.
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
"Real Madrid"in əfsanəvi qapıçısı vəfat edib
"Vest Hem" klubu baş məşqçisini qovub
Emin Əmrullayev: Məktəblərdə sahibkarlıq tədris edilə bilər
"Real Madrid" Vitinyanı heyətinə qatmaq istəyir
"Real Madrid"in ulduz müdafiəçisi zədələnib
Musiqiyə yüksək səs verən qadın öldürüldü - Türkiyədə + FOTO
Azərbaycana xəzər dənizi ilə narkotik gətirməkdə təqsirləndirilən İran vətəndaşlarının məhkəməsi başlayır
Prezident İlham Əliyev Si Cinpini təbrik edib
Mehriban Əliyeva Cabir İmanovun ölümü ilə bağlı başsağlığı verib
Ceyhun Bayramov Qazaxıstanın yeni xarici işlər nazirini təbrik edib
Kolleclərə boş qalan plan yerlərinə qəbulun nəticələri açıqlanıb
ABŞ və Ermənistan "Tramp marşrutu"nu müzakirə etməyə başlayıb
Növbəti üç gündə leysan yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ
"Mançester Siti" gənc oyunçusu ilə yeni müqavilə imzalayıb
Okan Buruk: "Əlimizdən gələni etmək istəyirik"
Müğənni Elza Seyidcahan məhkəmədə: "Məni oraya anam aparıb"
Əməkdar artist Cabir İmanov vəfat edib - İdman zalında (YENİLƏNİB)
İsrail Qəzzanı bombalayır - Ölənlərin sayı artıb
Əli Əsədov Belarusa gedib
“Qarabağ” – “Kopenhagen” oyununun hakimi bəlli olub
CityNet "Jurnalistlər binası"nda yeni hiyləyə əl atıb, yoxsa...?
Prezident Rafiq Məmmədhəsənova orden verdi - Sərəncam
Mauro İkardi İstanbulda yeni ev kirayələyib - Ayı 25 min dollara
Dəmir Yolunda gedişhaqqı artırılmayacaq - Açıqlama
Sabah yağış yağacaq
Qarabağ bölgəsində daha 1 225,1 hektar ərazi minalardan təmizlənib
Nazirlik: "Tarif dəyişikliyi bu avtobuslara şamil edilməyəcək"
Ağsuda keçmiş məhkum saxlanıldı - Narkotikə görə
METRO və AVTOBUSLARDA GEDİŞHAQQI QALXDI - Nazirlik açıqlama yaydı
TƏBİB: "Şairin vəziyyəti orta ağırdır"
“Azra” şirniyyat evində şok olay: qız əməkdaş stəkanlara tüpürür və... - Polis faktı araşdırır (VİDEO)
Kamran Əliyev Səbail rayonunda vətəndaşları qəbul edəcək
Yasamalda gölü qurudub bina tikirlər: yerdən isə su fontan verir, sakinlər həyəcan təbili çalır - VİDEO
VHP Ali Məclisinə sədr seçilib