Rusiya Türkiyə ilə razılaşdı - Müqavilə imzalanacaq

img

10-10-2016 [00:18]


Rusiya və Türkiyə arasında sərbəst ticarətlə bağlı müqavilə 2017-ci ilin sonunda imzalana bilər.

Bunu bu gün Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybəkçi açıqlayıb.

N. Zeybəkçi deyib ki, tərəflər bu gün aparılan danışıqlarda iki ölkə arasında sərbəst ticarətlə bağlı müqavilənin 2017-ci ilin sonunda imzalana biləcəyi barədə razılığa gəliblər. Tərəflər dörd illik orta müddətli proqramın həyata keçirilməsi barədə də razılığa gəliblər.

Bu barədə razılaşma Türkiyə və Rusiya Yüksək Əməkdaşlıq Şurasının yaxın vaxtlarda keçiriləcək iclası çərçivəsində imzalana bilər.

Qeyd edək ki, N. Zeybəkçi və Rusiya iqtisadi inkişaf naziri Aleksey Ulyukayev ikitərəfli ticari-iqtisadi əlaqələrin inkişafı haqqında birgə Bəyannaməni imzalayıblar. 

APA


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 29.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA