Ləman Ələşrəfqızına yeni vəzifə verildi

img

08-10-2016 [12:09]


ANS telekanalının keçmiş əməkdaşı Ləman Ələşrəfqızı yeni vəzifəyə təyin olunub.

Bu barədə AzNews.az-a jurnalistin özü məlumat verib. O, bildirib ki, "Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi vəzifəsinə təyin edilib.

"Mən bu vəzifəyə təyin olunmuşam. Lakin hələlik əmrim verilməyib. Bəzi prosedurlar var. Onlardan sonra rəsmən işə başlayacam”, - deyə Ələşrəfqızı bildirib.

Qeyd edək ki, L.Ələşrəfqızı 12 il ANS telekanalında çalışıb. Iyunun 16-da isə ANS-in vitse-prezidenti Seyfulla Mustafayevlə arasında qalmaqal yaşandığından o, şirkətdən ayrılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:33 22.09.2025

Tələbə bıçaqlanıb

13:24 22.09.2025

Qəzzada itkilər artıb

12:31 22.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA