ADNA-dakı terrorla bağlı məhkəmə prosesində təqsirləndirilənlərdən biri ifadə verib

img

04-05-2010 [04:27]


Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) baş verən terror hadisəsi ilə bağlı təqsirli bilinən şəxslərin işi üzrə məhkəmə prosesi keçirilib. ANS PRESS-in məlumatına görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən məhkəmə prosesində təqsirləndirilən Ariz Qabulov ifadə verib. O, istintaq zamanı verdiyi ifadədən imtina edib və bildirib ki, ifadəni işgəncə və hədə qorxu altında verib. Tiflis-Bakı avtobusunda sürücü köməkçisi işləmiş A. Qabulovun sözlərinə görə, Fərda Qədirovla Gürcüstanın Marneuli şəhərində Elvar adlı şəxs vasitəsilə tanış olub. Belə ki, Ariz Elvardan qardaşının Bakıdakı evinin kirayə verilməsi üçün müştəri tapmasını xahiş edib. Elvar isə öz növbəsində onu Fərda ilə tanış edib və bildirib ki, Fərdanı da Bakıya aparın ki, evə baxsın. A. Qabulovun sözlərinə görə, Fərda Qədirovla birgə avtobusla Bakıya yollanıblar. Sərhəd-keçid mənəqəsində Ariz avtobusdan düşərək piyada keçidi vasitəsiylə Azərbaycana daxil olub. Onun sözlərinə görə, Fərda Bakıya gələrkən özüylə yalnız bir ədəd idman çantası götürüb. Bu idman çantasını isə o, Bakıya çatandan sonra görüb. A. Qabulov bildirib ki, Fərda Qədirov onun qardaşının evinə baxandan sonra bildirib ki, burada cəmi bir-iki ay qalacaq. Hakimin ?sən onunla bir evdə qalmısanmı?? sualına cavabında Ariz Qabulov bildirib ki, avrtobus Bakıda xarab olduğuna görə, iki gecə Fərda ilə bir evdə qalıb. Təqsirləndirilən şəxs əlavə edib ki, Fərda valideynləri barədə nifrətlə danışıb: ?Onlara qarşı aqressiv idi.Valideynlərindən gileylənirdi. Amma özü təbiətcə sakit adam idi?. A. Qabulovun sözlərinə görə, valideynləri onu evləndirmək istəyirmişlər. Amma Fərda evlənmək istəmirmiş. ADNA-dakı terror zamanı həlak olan tələbə Yusif Bəndəliyevin qohumu Qurban Mehdiyev isə bildirib ki, əgər sərhəddən keçəndə yoxlanış yaxşı olmayıbsa və yaxud A. Qabulov bu zaman avtobusda olmayıbsa, onda avtobusun sürücüsü və yaxud gömrük işçiləri də prosesə gətirilməli və onların da ifadələri alınmalıdır. Proses sabah saat 11-də davam edəcək Xatırladaq ki, Cinayət işi üzrə təqsirləndirilən 4 nəfərdən Cavidan Amirov Cinayət Məcəlləsinin 214.2.1, 214.2.3 (terrorçuluq), 28,120.2.1 (qəsdən adam öldürməyə hazırlıq), 120.2.1, 120.2.3, 120.2.4, 120.2.5, 120.2.7, 120.2.10, 120.2.11, 120.2.12 (ağırlaşdırıcı hallarda qəsdən adam öldürmə), 29,120.2.1, 29,120.2.3, 29,120.2.4, 29,120.2.5, 29,120.2.7, 29,120.2.10, 29,120.2.11, 29,120.2.12 (ağırlaşdırıcı hallarda qəsdən adam öldürməyə cəhd), 206.4 (mütəşəkkil dəstə tərəfindən qaçaqmalçılıq), 228.2.2, 228.3 (qanunsuz olaraq odlu silah, döyüş sürsatı, əldə etmə, saxlama, daşıma və gəzdirmə) və 234.1-cü (qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama və daşıma) maddələri ilə, Nadir Əliyev və Nəcəf Süleymanov CM-nin 214.2.1, 214.2.3, 120.2.1, 120.2.3, 120.2.4, 120.2.5, 120.2.7, 120.2.11, 120.2.12, 29,120.2.1, 29,120.2.3, 29,120.2.4, 29,120.2.5, 29,120.2.7, 29,120.2.11, 29,120.2.12, 206.4 və 228.3-cü maddələri ilə, Ariz Qabulov isə CM-nin 206.3.2 və 228.2.1-ci maddələri ilə ittiham olunurlar. Fərda Qədirovun ölümü ilə əlaqədar cinayət işinin onun barəsində olan hissəsinə xitam verilib. Qeyd edək ki, 2009-cu il aprelin 30-da baş veriən qanlı hadisədə F.Qədirovun ADNA-nın ikinci korpusuna daxil olaraq inzibati binanın birinci mərtəbəsindən altıncı mərtəbəsinədək qarşısına çıxan şəxslərə ?Makarov? tipli tapançadan atəş açması nəticəsində 12 nəfəri ölüb, 13 nəfər yaralanıb. O, daha sonra özünü vuraraq intihar edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA