04-10-2016 [11:19]
Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun cinayət işi üzrə zərərçəkmişlərin və şahidlərin adları məlum olub.
İş üzrə zərərçəkmiş şəxslərin siyahısında "8-ci km" bazarının keçmiş sahibi Səfərov Cəfər Qürbət oğlu, onun qardaşı Səfərov Salman Qürbət oğlu, Əzimov Akif Mirzə oğlu, Novruzov Əyyub İsmayıl oğlu, Qurbanov Şahmar Sərdar oğlu, "Real” MTK tikinti şirkətinin həbsdə olan rəhbəri İlham Qasımov, onun oğlanları Nurlan və Lətif, onun qardaşı İslam Qasımov, Mirzəyev Tahir Əliş oğlu, Orucov Namiq Xudakərim oğlu, Quliyev Gülağa Məhərrəm oğlu, İbrahimov Tofiq Telman oğlu (Rusiya Federasiyasında yaşayır), "Şərurlu İsfəndiyar" kimi tanınan iş adamı İsfəndiyar Axundov şəriklərindən biri olduğu deyilən, hazırda həbsdə olan biznesmen Quliyev Azər Cəlil oğlu, İmanov Şehman Məlik oğlu, Tağıyev Sədiyar Mübariz oğlu, Aşurbəyov İlqar Əziz oğlu, MTN-nin sabiq əməkdaşı Rəcəbov Tofiq Zəbulla oğlu, Bakı Metropolitenin keçmiş sədri Tağı Əhmədov, onun qardaşı oğlu Şövqü Əhmədov, onların qohumları Elşən Tağıyev, Kürdəmir Rayon İcra Hakimiyyəti (RİH) Başçısı Aparatının sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdirinin müavini Şükürov Əşrəf Xancan oğlu, Kürdəmir RİH-in keçmiş başçısı Məlikov Fəxrəddin Süleyman oğlu və digərlərinin adları var.
Milli təhlükəsizlik nazirinin müavini olmuş general Hilal Əsədov, onun həyat yoldaşı Nüşabə Əsədova, Akif Çovdarovun oğlu Ruslan Çovdarov, qızı Aidə Çovdarova, Akif Çovdarovun qohumu olduğu bildirilən Qulu Cəfərov və digərləri isə sözügedən cinayət işi üzrə Sabunçu rayon Məhkəməsində keçirilən prosesə çağırılaraq şahid qismində ifadə verəcəklər.
Qeyd edək ki, təqsirləndirilən şəxslər – Akif Çovdarova Cinayət Məcəlləsinin 145.3 (Qanunsuz azadlıqdan məhrumetmə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), 179.3.1, 179.3.2 (Mənimsəmə və ya israfetmə mütəşəkkil dəstə tərəfindən külli miqdarda törədildikdə), 181.3.1, 181.3.2 (Quldurluq mütəşəkkil dəstə tərəfindən külli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə), 182.3.1, 182.3.2 (Hədə-qorxu ilə tələbetmə külli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə ), 228.4 (Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə), 302.1, 302.2 (Gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma), 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4 (Rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən hədə-qorxu tətbiq olunmaqla külli miqdarda və təkrar törədildikdə), 313 (Vəzifə saxtakarlığı), 341.2.1, 341.2.2 və 341.2.3-cü (Bir qrup şəxs tərəfindən silah tətbiq olunmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə ağır nəticələrə səbəb olduqda) maddələri, Səlim Məmmədova həmin Məcəllənin 145.3, 179.3.1, 179.3.2, 181.3.1, 181.3.2, 182.3.1, 182.3.2, 302.1, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 313, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri, Akif Əliyevə həmin Məcəllənin 145.3, 179.3.1, 179.3.2, 181.3.1, 181.3.2, 182.3.1, 182.3.2, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 313, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri və Orxan Osmanova isə həmin Məcəllənin 145.3, 181.3.1, 181.3.2, 182.3.1, 182.3.2, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri ilə yekun ittihamlar irəli sürülüb.
Zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsinin təmin olunması üçün məhkəmə qərarları əsasında təqsirləndirilən şəxslər Akif Çovdarov, Səlim Məmmədov, Akif Əliyev və Orxan Osmanova məxsus ümumilikdə 33 milyon 466 min manat dəyərində əmlak və pul vəsaitlərinin, o cümlədən 8 milyon 967 min manat dəyərində ticarət və xidmət sahələri, istilikxanalar, balıqçılıq təsərrüfatları və sair əmlak kompleksi, torpaq sahələri, 24 milyon 445 min manat dəyərində fərdi yaşayış evləri, mənzillər, nəqliyyat vasitələri və 37 min manat dəyərində zərgərlik məmulatlarının üzərinə həbslər qoyulub.
APA
Yeni nazirdən növbəti dəyişikliklər - İki idarə rəisi vəzifədən azad edildi, "İstintaq"ın rəis müavininə yüksək vəzifə verildi (YENİLƏNİB)
Netanyahu yenə meydan oxudu: "Ora girəcəyik, başqa yolumuz yoxdur" - "Məhkəmənin qərarı bizim üçün yox hökmündədir"
Silahlı şəxs saxlanılıb - Hədə-qorxu gəldiyi üçün
Xankəndidə silah-sursat aşkarlanıb
Könül Mehtiyeva Avropa çempionatının finalına təyinat alıb
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu: İlham Əliyev çıxış edib (TAM MƏTN, FOTOLAR)
Prezident İlham Əliyev BMT Baş katibinin köməkçisini qəbul edib
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Baş direktor, müavini və şöbə müdiri... - Səhiyyə sahəsində yeni əməliyyat olub, saxlanılanlar var (ADLAR, Yenilənib
Bakının Nizami rayonunda dərəbəylikdir - İcra Hakimiyyətindən xəbərə reaksiya (FOTOLAR, YENİLƏNİB)
Prezident İlham Əliyev Zuhair Əlhartini ilə görüşüb (Yenilənib)
Türkiyədə 1 Mayla bağlı gərginlik: aksiyaçılarla polis toqquşdu, yaralılar var - FOTOLAR
İYİ Partiyada təhvil-təslim oldu - Akşener siyasətlə vidalaşıb
Türkiyə ordusu İraqda daha iki terrorçunu zərərsizləşdirib
İlham Əliyev Rusiyanın Baş ravvinini qəbul edib -FOTO
İlham Əliyev TDT-yə üzv və müşahidəçi dövlətlərin dini rəhbərlərindən ibarət nümayəndə heyətini qəbul edib (Yenilənib)
Kəlbəcərdə qəza: Türkiyə vətəndaşı ölüb
Ceyhun Bayramov UNESCO rəsmisi ilə müzakirə aparıb
İsrail prezidenti Blinkendən məhkəmə işinə görə kömək istədi - Dövlət katibi isə HƏMAS-ı günahlandırdı
İordan çayının qərb sahilində daha 20 fələstinli həbs olunub
"Fənərbağça"nın bosniyalı ulduzu: "Çempionluqla bağlı basqılara tab gətirə bilmirəm"
Mərkəzi Bank uçot dərəcəsini azaltdı: kredit faizləri necə olacaq?
Nigar Rüstəmli yeni vəzifəyə təyin olunub
Milli Məclsin daha bir deputatının mandatına xitam verilir
Dövlət Komitəsinin məsul şəxsinin oğlu qandallandı - Sensasion əməlinə görə (Yenilənib)
Sabah hava necə olacaq? - Proqnoz
İstanbul su problemi təhlükəsindən xilas olub
Bakı Dövlət Universitetinin rektoru illik 94 minlik benzin alır - Xidməti maşını üçün
"Etibar Məmmədov aktiv siyasətə qayıdarsa..." - "İsa Qəmbər əslində Müsavat başqanlığından getməmişdi"
"Laf TV hakerlərin əlindədir" - Ləman Ələşrəfqızı
Hakkaridə kəndlər terrordan təmizlənib - 29 ilddən sonra kəndlərə geridönüş başlayıb
Ədliyyə Nazirliyi Fikrət Məmmədovun kadrlarından "təmizlənir" - Nazir Fərid Əhmədov daha bir vəzifəli şəxsi yola saldı (FOTO)
Mərkəzi Bank uşot dərəəsi ilə inflyasiya proqnozunu azaldıb
Dövlət Komitəsində ilginc tender: uşaqların cins seçiminin qarşısının alınması və ya...
Çempionlar Liqası: "Borrusiya Dortmund", yoxsa PSJ?
Kolumbiya ordusundan milyonlarla silah-sursat oğurlanıb - Aralarında raketlər də var
I siniflərə sənəd qəbulu başlayıb - Şərtlər
Azərbaycan nefti ucuzlaşıb