Prezidentin qızı dəlixanaya salındı - Səbəb

img

03-10-2016 [20:44]


Özbəkistan prezidenti İslam Kərimovun vəfatından sonra onun qızı Gülnarə Kərimova psixiatriya xəstəxanasına yatırılıb. Bu xəbəri bu gün öz mənbələrinə istinadla Türkiyənin NTV telekanalı yayımlayıb.

Telekanalın bildirdiyinə görə, Gülnarə Kərimova faktiki olaraq Özbəkistandakı hakimiyyət uğrunda mübarizədən kənarlaşdırılıb. Mənbənin məlumatına əsasən, Gülnarə Kərimova dəlixanaya Özbəkistan prezidentinin vəzifələrini icra edən Şövkət Mirzəyevin göstərişi ilə salınıb.

İşin təfərrüatları barədə əlavə məlumat verilmir. Əlavə edlir ki, Gülnarə Kərimovanın oğlu İslam Kərimov (prezidentin nəvəsi) anası ilə əlaqə yarada bilmir.

Qeyd edək ki. Gülnarə Kərimova bu yaxınlara qədər Özbəkistanda ən nüfuzlu siyasi fiqurlardan idi. Ard-arda bir neçə beynəlxalq maliyyə qalmaqalından sonra təxminən 5 il öncə onun işləri pis getməyə başlamışdı.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 29.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA