Türkiyədə fövqəladə vəziyyət rejimi neçə ay uzadılır? - Açıqlama

img

03-10-2016 [20:06]


Bu ilin iyulundakı hərbi qiyama cəhdlə əlaqədar Türkiyədə elan olunmuş fövqəladə vəziyyətin daha 3 ay uzadılması barədə qərar qəbul edilib.

Bu barədə «The Associated Press» Türkiyə baş nazirinin müavini Numan Kurtulmuşa istinadən məlumat yayıb.

N.Kurtulmuş Nazirlər Kabinetinin iclasından sonra keçirilən mətbuat konfransında bildirib ki, fövqəladə vəziyyət oktyabrın 19-dan etibarən daha 90 gün müddətinə uzadılacaq. 

Xatırladaq ki, hərbi qiyam cəhdi bu il iyulun 16-da baş verib. İyulun 20-də isə ölkədə fövqəladə vəziyyət elan olunub. 


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 29.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA