Bakıda 21 yazlı qızı zorlamağa cəhd edildi

img

04-05-2010 [01:32]


Bakıda qonşusu 21 yaşlı qızı zorlamağa cəhd edib. Hadisə Binə qəsəbəsində, qəsəbə sakini Könül Vəlizadəyə qarşı törədilib. Zərərçəkmişin sözlərinə görə, o, may ayının 1-də qonşusu Nəsib Nabatəliyev adlı şəxsin hücumuna məruz qalıb. Daha doğrusu Nəsib onu zorlamaq istəyib. Zərərçəkmişin ifadəsinə bildirib ki, o, Neftçilər metrostansiyanın yaxınlığında axşam saat 22:00-da işlədiyi gözəllik salonundan çıxaraq Binə qəsəbəsinə evə gələn zaman, yolun qaranlıq olmasından qorxaraq keçmiş nişanlısının dostu Rəşada zəng edib və onu evə ötürməsini xahiş edib. Rəşad da xanımın sözünü yerə salmayaraq, onu ötürməyə razılıq verib. Ancaq onlar mənzil başına çatmamış yoldan keçən Elvin adlı şəxs Könülə yaxınlaşaraq Rəşadın kim olduğunu soruşub. Rəşad da öz növbəsində Könüllə münasibətləri barədə məlumat verib. Bundan sonra Elvin 3-4 aydır ki, Könülü sevdiyini bildirib. Könül ifadəsində Elvin ilə internetdə tanış olduğunu və münasibətlərinin ancaq dostluq səviyyəsində olduğunu bildirib. Bundan sonra, Rəşad ilə Elvin arasında mübahisə yaranıb. Qız iki oğlanın arasına girib onları sakitləşdirmək istəyəndə Elvin tərəfindən xəsarət alıb. ?Mən onları aralamaq istəyəndə Elvin mənim qolumdan tutaraq itələdi. Başım daşa dəydi və yerə yıxıldım?, deyə Könül bildirib. Könül özünə gələndən sonra yoldan keçən Nəsib adlı şəxs ona yaxınlaşıb öz köməyini təklif edib. Könül etiraz edəndə isə onu zorla maşınına salıb: ?Mənə dedi ki, sənin nişanın qaytarılıb. Artıq hamı səni tanıyır. Gəl səninlə bir yerdə olaq. Sonra üstümə hücum etdi. Mən yarıyolda maşının qapısını açıb tullanmaq istədim. Amma o, sürəti artırdı. Mən ona yalvar-yaxar elədim, dedim qurban olum eləmə?. Bundan sonra qonşu öz çirkin niyyətini həyata keçirmək üçün maşını qaranlıq yerə sürüb. Könülün qardaşının zənginin gəlməsi isə Nəsibin həvəsini yarımçıq qoyub. Həmin vaxt Nəsib Könüldən onun adını polisə verməməsini xahiş edib. Daha doğrusu onu hədələyib ki, əgər mənim adımı versən, sənin başına oyun açaram. Nəsibin hədələrindən sonra Könül qapını açaraq maşından qaçıb. Nəsib isə onun maşında yaddan çıxaraq saxladığı əl çantasını və ayaqqabısını dalınca atıb. Hadisədən dərhal sonra Könül Əzizbəyov Rayon Polis İdarəsinin 2-ci Polis Bölməsinə gələrək ərizə yazdıqdan sonra təcili yardım maşını vasitəsilə Kliniki Tibbi Mərkəzə çatdırılıb. Xəstəxananın Neyrotravma şöbəsinin müdiri Əmralı Yusifovun sözlərinə görə, K.Vəlizadə qapalı-kəllə beyin travması alıb. Hazırda vəziyyəti kafidir və müayinələr davam edir. Həkim Könülə qarşı həqiqətən zorlama cəhdinin olub-olmamasına da aydınlıq gətirib. Şöbə rəisi faktla bağlı ginekoloq dəvət olunaraq tibbi ekspertiza təyin ediləcəyini və zorlama hadisəsinin olub-olmadığının bundan sonra məlum olacağını bildirib. 2-ci polis bölməsinin təhqiqatçısı Rəşadət Salahov isə 21 yaşlı Binə qəsəbə sakininə təcavüz etməkdə şübhəli bilinən Nəsib Nabatəliyevin polis bölməsinə dəvət olunduğunu və ifadəsinin alındığını qeyd edib. ?O Könülə bədən xəsarəti yetirməsini etiraf edib?. Təhqiqatçının sözlərinə görə, Nəsibin qonşusunu zorlamaya cəhd etməsi ilə bağlı məsələ hələlik araşdırılır. Elvin adlı şəxsə gəldikdə isə onun şəxsiyyəti tam məlum olsa da təhqiqata cəlb olunması hələlik mümkün olmayıb. Bu istiqamətdə əməliyyat-axtarış tədbirləri davam etdirilir. ans tv

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA