30-09-2016 [15:52]
Roma Papası Fransiskin Gürcüstana səfəri başlayıb.
Gürcüstan KİV-i xəbər verir ki, onu Tbilis beynəlxalq hava limanında ölkə prezidenti Giorgi Marqvelaşvili qarşılayıb.
Məlumata görə, xristian dininin təmsilçilərindən ibarət 20-30 nəfərlik qrup hava limanı yaxınlığında Roma Papasının səfərinə etiraz olaraq aksiya keçirib. Onlar "Vatikan dini təcavüzkardır!", "Papa – arxiyeretik, pravoslav Gürcüstan səni istəmir!" kimi şüarlar yazılan plakatlar qaldırıblar.
Hava limanındakı rəsmi qarşılanma mərasimindən sonra Fransisk Prezident sarayına gedəcək və Gürcüstanın dövlət başçısı Giorgi Marqvelaşvili ilə danışıqlar aparacaq.
Bundan sonra Papa və prezident Prezident Sarayının həyətində hökumət, vətəndaş cəmiyyəti və diplomatik korpusun nümayəndələrinə müraciət edəcək.
Oktyabrın 1-də Papa Mixeil Mesxi adına stadionda Müqəddəs ayin həyata keçirəcək. Liturgiyadan sonra Müqəddəs Ata Gürcüstandakı katolik kilsənin keşişləri və xidmətçiləri ilə görüşəcək(Report).
Xatırladaq ki, oktyabrın 2-də səhər saatlarında dini lider Tbilisidən Bakıya gələcək. Onun Azərbaycana səfəri Müqəddəs Bakirə Məryəmin Məsum Hamiləliyi kilsəsində dini ayinlə (messa) başlayacaq.
Ardından pontifikin Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü, Şəhidlər Xiyabanına getməsi, eləcə də Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə, Rus Pravoslav Kilsəsi və yəhudi icmasının nümayəndələri ilə görüşləri planlaşdırılır.
Elə həmin gün axşam Fransisk Vatikana qayıdacaq.
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
"Real Madrid"in əfsanəvi qapıçısı vəfat edib
"Vest Hem" klubu baş məşqçisini qovub
Emin Əmrullayev: Məktəblərdə sahibkarlıq tədris edilə bilər
"Real Madrid" Vitinyanı heyətinə qatmaq istəyir
"Real Madrid"in ulduz müdafiəçisi zədələnib
Musiqiyə yüksək səs verən qadın öldürüldü - Türkiyədə + FOTO
Azərbaycana xəzər dənizi ilə narkotik gətirməkdə təqsirləndirilən İran vətəndaşlarının məhkəməsi başlayır
Prezident İlham Əliyev Si Cinpini təbrik edib
Azercell İT ixtisası üzrə ən yüksək nəticə göstərmiş tələbə qızları təbrik etdi - FOTOLAR
Mehriban Əliyeva: "Cabir İmanovun vəfatı xəbəri məni sarsıtdı"
Ceyhun Bayramov Qazaxıstanın XİN başçısına zəng edib
Kolleclərə boş qalan plan yerlərinə qəbulun nəticələri açıqlanıb
ABŞ və Ermənistan "Tramp marşrutu"nu müzakirə etməyə başlayıb
Növbəti üç gündə leysan yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ
"Mançester Siti" gənc oyunçusu ilə yeni müqavilə imzalayıb
Okan Buruk: "Əlimizdən gələni etmək istəyirik"
Müğənni Elza Seyidcahan məhkəmədə: "Məni oraya anam aparıb"
Əməkdar artist Cabir İmanov vəfat edib - İdman zalında (YENİLƏNİB)
İsrail Qəzzanı bombalayır - Ölənlərin sayı artıb
Əli Əsədov Belarusa gedib
“Qarabağ” – “Kopenhagen” oyununun hakimi bəlli olub
CityNet "Jurnalistlər binası"nda yeni hiyləyə əl atıb, yoxsa...?
Prezident Rafiq Məmmədhəsənova orden verdi - Sərəncam
Mauro İkardi İstanbulda yeni ev kirayələyib - Ayı 25 min dollara
Dəmir Yolunda gedişhaqqı artırılmayacaq - Açıqlama
Sabah yağış yağacaq
Qarabağ bölgəsində daha 1 225,1 hektar ərazi minalardan təmizlənib
Nazirlik: "Tarif dəyişikliyi bu avtobuslara şamil edilməyəcək"
Ağsuda keçmiş məhkum saxlanıldı - Narkotikə görə
METRO və AVTOBUSLARDA GEDİŞHAQQI QALXDI - Nazirlik açıqlama yaydı
TƏBİB: "Şairin vəziyyəti orta ağırdır"
“Azra” şirniyyat evində şok olay: qız əməkdaş stəkanlara tüpürür və... - Polis faktı araşdırır (VİDEO)
Kamran Əliyev Səbail rayonunda vətəndaşları qəbul edəcək