30-09-2016 [11:40]
"Əgər müvafiq qurumlar dini televiziyanın açılmasını münasib bilirlərsə, milli-mənəvi və islami dəyərimizi, o cümlədən din-mədəniyyət bağlılığını özündə əks etdirən belə bir televiziya kanalının açılmasına dəstək verirlərsə, biz Komitə olaraq öz dəstəyimizi verə bilərik".
Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Azərbaycanda dini televiziyanın yaradılması təklifinə münasibət bildirərkən deyib.
Bu məsələnin Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən həll edilmədiyini deyən M.Qurbanlı deyib ki, MTRŞ sırf dini xarakterli televiziyaların açılmasının qanunda nəzərdə tutulmadığını açıqlayıb: "Söhbət kanalın adında din sözündən istifadədən getmir, milli-mənəvi dəyərlərimizin, ənənəvi islami dəyərlərin təbliğindən gedir. Bu təklif var, yəqin ki, baxılacaq. Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri təklif edir ki, biz dini maarifləndirmə işini daha yüksək səviyyədə aparaq".
M.Qurbanlı qeyd edib ki, dini maarifləndirmə media, canlı təmaslar, tədris, kitab çapı, məscidlərdə söylənilən xütbələr vasitəsilə həyata keçirilməlidir:
"Bu, bəllidir. Aydındır ki, televiziya KİV-lər arasında ən üstün mövqeyə malikdir. Düzdür, onlayn media bir sıra hallarda hətta televiziyanı da üstələməkdədir. Bu baxımdan Şeyxülislamın təklifi vardı ki, Azərbaycanda milli-mənəvi dəyərləri, islami dəyərləri təbliğ və təşviq edən maarifləndirici bir televiziya kanalı açılsın. Bu təşəbbüsün irəli sürülməsində qəbahət, qeyri-adilik görmürəm. Çünki bu, normal bir seydir. Mədəniyyətimizin, İslama bağlı olan adət və ənənələrimizin təbliği vacib məsələdir. Əlbəttə, bununla bağlı ayrıca televiziya kanalının açılması milli-mənəvi dəyərlərimizin təbliğinə daha böyük təsir göstərə bilərdi. Bu, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin funksiyasına aid deyil. Televiziyalarda müəyyən verilişlər var. Bu verilişlərin sayını artırmaq lazımdır".
Trend
MƏKTƏBDƏ 250 MİN MANATLIQ MƏNİMSƏMƏ: cinayət işı açıldı
Neftçalada molla narkotik satarkən saxlanıldı - Yenilənib
Əli Əsədov Kahramanmaraşda: Baş nazir “Azərbaycan məhəlləsi”ndə tikinti işləri ilə tanış olub
"Fənərbağça"nın kapitanı: "Artıq çempionluq mümkün deyil"
Çempionlar Liqası: PSJ yoxsa "Dortmund"? - Bu gecə "döyüş" olacaq
Ərdoğan Küveyt əmirini hava limanında qarşılayıb - FOTOLAR
Nəsimi rayonunda tədbir keçirilib - FOTOLAR
Sabah leysan yağacaq - Xəbərdarlıq
Bu qanunu pozanlar cərimələnəcək - 12 min manatadək
MHP sədri: "Əllərində ülkücü qanı olanların feriştahı gəlsə, bizdə yapraq belə qımıldamaz"
Dövlət Baxçalı ilə Özgür Özəl görüşüb - FOTOLAR
İsrail əsgərləri daha 22 nəfəri həbs edib
Türkiyə ordusu daha 4 terrorçunu zərərsizləşdirib - Suriyada
Saatlının yeni DYP rəisi kimdir? - Təyinat
Ədliyyə işçiləri ilə bağlı yeni qərar verildi
Növbədənkənar seçki: proporsional sistem, referendum, deputat sayı... - YAP-çı deputatdan maraqlı MÜSAHİBƏ
Əfv Məsələləri Komissiyası bu tarixdə toplanır
Aleks de Souza Türkiyəyə dönür - Bu dəfə baş məşqçi kimi
PUTİN ƏMR VERDİ: Rusiya nüvə qoşunlarını ayağa qaldırıb - Qərbin mümkün hücumuna hazırlıq başlayıb
"Yelo Bank" keçmiş vəzifəli şəxsləri məhkəməyə üz tutub
DEPUTATLAR TOPLANIB: hansı qanunlar dəyişir? - SİYAHI
Tərtərdə məktəblilər arasında dava: ölən var
Əfqanıstanda güclü sel: 15 nəfər ölüb, yüzlərlə ev su altında qalıb
İsrail ordusu Rəfahda sərhəd qapısını ələ keçirib - Ordu açıqladı
Rektor özünə daha bir xidməti maşıən alır - 110 min manata
Azərbaycan və Slovakiya arasında yeni sənədlər imzalanıb
Ağsuda əməliyyat: saxlanılan var
"Göbək rəqsi" ilə qısa müddətə bir milyon dollar qazandı - FOTOLAR
Daha bir jurnalist həlak olub
CHP liderindən daha bir sürpriz qərar - Bu gün Baxçalı ilə görüşəcək
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Xorvat məşqçi daha bir komandadan qovulub
"Fənərbaxça" Konyada vacib xal itiirb