29-09-2016 [17:52]
Hakimiyyət Türkmənistan haqda çiçəklənən ölkə imici yaratmağa çalışsa da, yerli sakinlərin danışdıqları tamam başqa reallıqdan xəbər verir.
9 rayondan ibarət olan 1,2 milyonluq Daşoquz vilayətinin sakinləri yerli unu yalnız Gyorogly rayonundan ala bilərlər ki, bəziləri bunun üçün 200 kilometrlik məsafə qət eləməlidirlər. Rəsmilər un qıtlığının Kyneurqenc un zavodunun müvəqqəti bağlanması ilə bağlı olduğunu deyirlər.
Amma yerli sakinlər AzadlıqRadiosunun türkmən xidməti ilə söhbətdə bunu inkar edir və vilayətdəki hər rayonda un üyüdən zavodların olduğunu deyirlər. Taxıl anbarında işləyən bir nəfər bunun taxıl ehtiyatının azalması ilə bağlı olduğunu və bunun son 20 ildə ən pis göstərici olduğunu deyir.
İndi insanlar un dalınca Gyorogly rayonuna gedir. 50 kiloqramlıq unun qiyməyi təxminən 50 manatdır (14 dollardan bir qədər artıq). Adamlar un almaq üçün şəxsiyyət vəsiqəsi təqdim eləməlidirlər. Hər ailəyə yalnız 1 kisə un verilir. Unu çox asanca qonşu Qazaxıstandan da almaq olar, amma orda kisəsi 50 dollardan bahadır.
Maaşlar verilmir.
Sakinlər deyir ki, hələ bu azmış kimi 3 aydır maaş da verilmir. Bankomatlarda isə pul yoxdur, olanda da cəmi 100 manat çıxarmaq olar.
Banklarda da camaata pul olmadığı bildirilir. Sakinlərdən birinin sözlərinə görə, yerli merlərdən biri ona xəbərdarlıq edib ki, əgər bir də şikayətlənsə, onu işdən qovacaq. Həmçinin Balkan, Mary və Lebap vilayətlərində polislər, müəllimlər və tibb işçilərinə 2-3 aydır ki, maaş verilmir. Bu vilayətlərin neft-qaz sektorunda çalışan onlarla sakini də 2-3 aydır ki, maaş ala bilmədiklərini deyirlər.
Müxalifyönlü "Xronika Turkmenistana” saytı isə bu arada dövlət dəmiryol idarəsində ixtisarlar aparıldığını yazır.
İlin sonunadək bu sahədə 30 faiz ixtisar gözlənilir.
Özü də bu, Qazaxıstan-Türkmənistan və İranı birləşdirən Şimal-Cənub dəmiryol xəttinin açılışından heç 2 il ötməmiş baş verir. Aydındır ki, Türkmənistanın qaz ixracından böyük asılılığı ölkədə artıq iqtisadi problemlər yaradıb, amma vəziyyətin nə qədər çətin olduğunu demək olmur, çünki hakimiyyətin göstərdiyi rəqəmlər heç vaxt düz çıxmır. Xarici vətəndaşın ölkə daxilində düzgün informasiya alması isə faktiki mümkün deyil.
Hakimiyyət isə ölkədəki dəbdəbəli layihələri nümayiş etdirir. Belə layihələrdən biri bu yaxınlarda Aşqabadda açılan yeni beynəlxalq hava limanıdır. Bu layihə hökumətə 2,3 milyard dollara başa gəlib.
Azadlıq Radiosu
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
"Real Madrid"in əfsanəvi qapıçısı vəfat edib
"Vest Hem" klubu baş məşqçisini qovub
Emin Əmrullayev: Məktəblərdə sahibkarlıq tədris edilə bilər
"Real Madrid" Vitinyanı heyətinə qatmaq istəyir
"Real Madrid"in ulduz müdafiəçisi zədələnib
Musiqiyə yüksək səs verən qadın öldürüldü - Türkiyədə + FOTO
Azərbaycana xəzər dənizi ilə narkotik gətirməkdə təqsirləndirilən İran vətəndaşlarının məhkəməsi başlayır
Prezident İlham Əliyev Si Cinpini təbrik edib
Azercell İT ixtisası üzrə ən yüksək nəticə göstərmiş tələbə qızları təbrik etdi - FOTOLAR
Mehriban Əliyeva: "Cabir İmanovun vəfatı xəbəri məni sarsıtdı"
Ceyhun Bayramov Qazaxıstanın XİN başçısına zəng edib
Kolleclərə boş qalan plan yerlərinə qəbulun nəticələri açıqlanıb
ABŞ və Ermənistan "Tramp marşrutu"nu müzakirə etməyə başlayıb
Növbəti üç gündə leysan yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ
"Mançester Siti" gənc oyunçusu ilə yeni müqavilə imzalayıb
Okan Buruk: "Əlimizdən gələni etmək istəyirik"
Müğənni Elza Seyidcahan məhkəmədə: "Məni oraya anam aparıb"
Əməkdar artist Cabir İmanov vəfat edib - İdman zalında (YENİLƏNİB)
İsrail Qəzzanı bombalayır - Ölənlərin sayı artıb
Əli Əsədov Belarusa gedib
“Qarabağ” – “Kopenhagen” oyununun hakimi bəlli olub
CityNet "Jurnalistlər binası"nda yeni hiyləyə əl atıb, yoxsa...?
Prezident Rafiq Məmmədhəsənova orden verdi - Sərəncam
Mauro İkardi İstanbulda yeni ev kirayələyib - Ayı 25 min dollara
Dəmir Yolunda gedişhaqqı artırılmayacaq - Açıqlama
Sabah yağış yağacaq
Qarabağ bölgəsində daha 1 225,1 hektar ərazi minalardan təmizlənib
Nazirlik: "Tarif dəyişikliyi bu avtobuslara şamil edilməyəcək"
Ağsuda keçmiş məhkum saxlanıldı - Narkotikə görə
METRO və AVTOBUSLARDA GEDİŞHAQQI QALXDI - Nazirlik açıqlama yaydı
TƏBİB: "Şairin vəziyyəti orta ağırdır"
“Azra” şirniyyat evində şok olay: qız əməkdaş stəkanlara tüpürür və... - Polis faktı araşdırır (VİDEO)
Kamran Əliyev Səbail rayonunda vətəndaşları qəbul edəcək