"Bu, itlərə verilən “fas” komandasına oxşayır" - Kreml sözçüsündən ABŞ rəsmisinə sərt cavab

img

29-09-2016 [15:47]


Rusiya XİN-nin rəsmisi Mariya Zaxarova ABŞ Dövlət Departamentinin rəsmisi Con Kirbinin Rusiyanın Suriya hakimiyyətini dəstəkləməsi ilə bağlı bəyanatına şərh verib.

Zaxarova bu haqda öz rəsmi Feysbuk hesabında yazıb.

"Sizə elə gəlmirmi ki, "kisələrdə cəsədlər”, "təyyarələrin itirilməsi”, "Rusiya şəhərlərində terror aktları” sözləri bir diplomat şərhindən daha çox itlərə verilən "fas” komandasına oxşayır?” – deyə, Zaxarova Kirbinin sözlərinə şərh verib(Axar.az).

Xatırladaq ki, Con Kirbi Rusiya Federasiyasının Suriya hakimiyyətini dəstəkləməsinə şərh verərkən bunun ağır nəticələr verə biləcəyini, sonda rus təyyarələrinin itirilməsinə, Rusiya şəhərlərində terror aktlarına və Suriyadan Rusiyaya kisələrlə cəsədlər göndəriləcəyinə gətirib çıxara biləcəyini açıqlamışdı


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 29.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA