Putin Türkiyəyə səfər edəcək - Köməkçi açıqladı

img

28-09-2016 [14:47]


Rusiya prezidenti Vladimir Putin oktyabr ayında Türkiyəyə səfər edə bilər.

Bu barədə Kremlin sözçüsü Dmitri Peskov bildirib.

"Bu səfərin mümkünlüyünü istisna etmirəm. Hazırlıqlar başa çatandan sonra biz bu barədə müvafiq bəyanat verəcəyik", - deyə D. Peskov deyib.

Qeyd edək ki, bir neçə gün əvvəl Türkiyə və Rusiya prezidentləri arasında telefon danışığı olub.

Vladimir Putin və Rəcəb Tayyip Ərdoğan ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə ediblər.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 29.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA