"Prezident dini televizya praktikası maraqlandı" - Şeyxdən yeni telekanal açıqlaması

img

27-09-2016 [14:11]


Azərbaycanda dini televiziyanın yaradılması təklif olunur. 

Bu təklifi Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə irəli sürüb.

Şeyxülislam qeyd edib ki, bu barədə ölkə başçısı ilə də söhbəti olub: "Cənab prezident bu praktikanın mövcud olduğu ölkələrlə də maraqlandı. Mən də Avropada və digər ölkələrdə belə nümunələrin olduğunu dedim.

İnşallah, bizdə də bu televiziyanın açılması yaxşı nəticə verər. Bəzən mətbuatda nabələd halda dini mövzulara toxunulur. Amma vahid dini televiziya olduğu təqdirdə bu işin peşəkarlar tərəfindən görülməsinə nail olacağıq”.

QMİ sədri jurnalistlər üçün dini kursların açılmasını də təklif etdiyini deyib.

APA.az 


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:33 22.09.2025

Tələbə bıçaqlanıb

13:24 22.09.2025

Qəzzada itkilər artıb

12:31 22.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA