Salyanda ev uçub, ərlə arvad uçqunun altında qalaraq dünyasını dəyiziblər

img

03-05-2010 [12:55]


Aramsız yağan yağış Salyanın Düzənli kəndində iki nəfərin ölümünə səbəb olub. Müstəqil İnformasiya Agentliyinin yerli müxbirinin verdiyi məlumata görə, bu gün səhər saat 7.45 radələrində Salyanın Düzəli kəndində 1937-ci ildə anadan olmuş Əliyev Əlqayıt Əliqardaş oğluna məxsus çiy kərpiçdən tikilmiş ev uçub. Divarın uçması nəticəsində Ə.Əlqayıt özü və 1930-cu ildə anadan olmuş Əliyeva Gülbacı Gülhüseyn qızı hadisə yerində keçinib. İlkin ehtimallara görə, Evin uçmasına səbəb aramsız yağışlar nəticəsində çiy kərpicin uzun müddət islanaraq uçması olub. Hadisə yerinə Salyan rayon polisinin və prokurorluğunun, eyni zamanda Fövqəladə Hallar Nazirliyinin Muğan regional bölməsinin əməkdaşları təhqiqatlara başlayıblar.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA