Ermənistandakı “İsgəndər”lərlə bağlı şok fakt üzə çıxdı

img

24-09-2016 [17:32]


Ermənistan sosial şəbəkələrində sentyabr ayının 21-də İrəvanda keçirilən hərbi paradda nümayiş olunan Rusiya ordusuna məxsus olan və indiyə qədər heç bir ölkəyə ixrac edilməyən "İsgəndər-M” operativ-taktiki raketləri barədə ilginc xəbərlər yer alıb.

Belə ki, sosial şəbəkənin Arman Manukyan adlı istifadəçisi parad bitdikdən sonra texnikaların meydandan çıxmasını müşayiət edərkən Ermənistanın polis rəisi Vladimir Qasparyanla Qaltsyan soyadlı polkovnik-leytenant rütbəli şəxsin texnikanın Erebuni hava limanından rusların Ermənistanda dislokasiya olunmuş 102-ci hərbi bazasına göndərilməsi barədə danışdıqlarına qulaq şahidi olmasına dair şərh yayıb.

Sosial şəbəkədə geniş rezonans doğuran bu yazışmaya əlavə olunan şərhlərdə Qaltsyan adlı hərbi rütbəlinin Ermənistan Silahlı Qüvvələrinin hərbi texnika idarəsinin rəsi müavini olduğu istifadəçilər tərəfindən qeyd olunub.

Qeyd edək ki, Ermənistan tərəfinin inkar etməsinə baxmayaraq, rusiyalı ekspert, hərbi analitik Aleksandr Xramçixin də "İsgəndər” raketlərinin Ermənistana məxsus olmadığını bildirib. Həmçinin, erməni ekspert Karen Karapetyan müsahibəsində bu oyunun Ermənistan rəhbərliyi tərəfindən erməni xalqını antirusiya fikirlərindən yayındırmaq və aprel döyüşlərindən sonra mənəvi-psixoloji cəhətdən sarsılmış erməni xalqını sakitləşdirmək üçün qurulduğunu söyləyib.

Trend


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 29.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA