Referendum günü Mətbuat Şurasında "qaynar xətt" yaradılacaq

img

24-09-2016 [13:50]


Mətbuat Şurası (MŞ) sentyabrın 26-da keçiriləcək referendumda jurnalistlərin prosesi işıqlandırmasının monitorinqini aparacaq.

MŞ-dan Mia.az-a verilən məlumata görə, bu məqsədlə qurumun İdarə Heyətinin üzvləri paytaxtda və bölgələrdəki dairə və məntəqə seçki komissiyalarına baş çəkəcək. Onlar jurnalistlər üçün yaradılmış şəraitlə tanış olacaq, ümumən səsvermənin gedişini müşahidə edəcəklər. Bundan başqa, referendum günü MŞ-da "qaynar xətt" yaradılacaq. 012 441 35 30 nömrəli şəhər, 055 201 99 26 saylı mobil telefon nömrəsi saat 08.00-dan 19.00-dək bu rejimdə fəaliyyət göstərəcək. Referendumu işıqlandıracaq jurnalistlər işləri ilə bağlı hər hansı xoşagəlməz durumla üzləşdikləri halda həmin telefon nömrələrinə zəng edib fikirlərini bildirə bilərlər.

MŞ referendum günü jurnalistlərin prosesi sərbəst şəkildə işıqlandırmaları üçün Mərkəzi Seçki Komissiyası və müvafiq dövlət qurumları ilə sıx əlaqədə olacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:33 22.09.2025

Tələbə bıçaqlanıb

13:24 22.09.2025

Qəzzada itkilər artıb

12:31 22.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA