Fransadan tələb: “Əsəd rejiminə məxsus qırıcı və helikopterlər vurulsun!”

img

23-09-2016 [23:14]


"Suriyada Əsəd rejiminə məxsus qırıcı və helikopterlərin uçuşuna icazə verilməməlidir".

Bunu Fransa Xarici İşlər naziri Jan Mark Ayrault jurnalistlərə açıqlamasında deyib.

"Bu gün Hələbdə həyata keçirilən hücum Əsədin ölkəni bölmək istədiyini göstərdi. Hələbin XXI əsrin Quernikası olmasına imkan verməməliyik. Tarixin özünü təkrar etməsinə seyrçi qala bilmərik”, – Ayrault bildirib.

Qeyd edək ki, ötən əsrin 30-cu illərində İspaniyada baş verən daxili savaşlar zamanı Quernika şəhəri bombardman nəticəsində tamamilə darmadağın edilmişdi.

Axar.az


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 29.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA