ANS-in təsisçiləri yeni televiziya aça bilər - MTRŞ-dan açıqlama

img

23-09-2016 [16:30]


"Milli Televiziya və Radio Şurası tender elan edərsə, o zaman Vahid Mustafayev həmin tenderdə başqa bir adda media qurumu açmaq üçün iştirak edə bilər”.

Mia.az xəbər verir ki, bunu aznews.az-a açıqlamasında qurumun Texniki Nəzarət Şöbəsinin müdiri İsa Məmmədov deyib. Onun sözlərinə görə, elan olunan tenderdə qanunla hər kəs iştirak edə bilər: "Buna televiziya qanunları yol verir”.

İ.Məmmədov vurğulayıb ki, ANS televiziyasının hazırda boş qalan yayım tezliyi ilə bağlı tenderin elan olunması gözlənilmir: "Bunun üçün ilk növbədə reklam bazarı öyrənilməlidir. Çünki televiziyaların qazancı reklam bazarından gəlir. Reklam bazarı öyrəniləcək, əgər təlabat olarsa onda açmaq qərarı veriləcək. Əgər açılıb qazanc gətirməyəcəksə, yenidən bağlanacaqsa, bu, tamaşaçıya yaxşı təsir etməz”.


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:33 22.09.2025

Tələbə bıçaqlanıb

13:24 22.09.2025

Qəzzada itkilər artıb

12:31 22.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA