Polis 9 il Türkiyədə axtarılan qatili Sumqayıtda yaxaladı

img

30-04-2010 [06:28]


Respublika daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iki nəfəri odlu silahla qətlə yetirdiyinə və narkotik vasitələrin alqı-satqısı ilə məşğul olduğuna görə, Türkiyə Respublikasının daxili işlər orqanları tərəfindən axtarışda olan Sarıbaş Mehmet Erdal Sumqayıt şəhəri ərazisində yaxalanıb. Bu barədə Müstəqil İnformasiya Agentliyinə Daxili İşlər Nazirldiyinin mətbuat xidmətindən məlumat daxil olub. Məlumata görə, müəyyən edilib ki, o, özünü Türkiyə vətəndaşı Ölməz Mustafa Zəkəriyyə kimi təqdim edərək saxta sənədlərlə Sumqayıt şəhərində yaşamış və orada ailə qurub. Sarıbaş Mehmet Erdal ilkin dindirmə zamanı törətdiyi cinayətləri ? 2001-ci ildə Türkiyənin Kilis şəhərində odlu silahdan istifadə etməklə iki nəfəri qətlə yetirdiyini və narkotik vasitələrin alqı-satqısı ilə məşğul olduğunu tam etiraf edib. Hazırda onun ekstradisiyası üçün müvafiq tədbirlər görülür.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA