Ərdoğan BMT tribunasından "5-ləri" belə "vurdu" - VİDEO

img

21-09-2016 [11:11]


BMT Baş Assambleyasının zirvə toplantısında çıxış edən Türkiyə prezidenti dünya liderlərinə insanlıq dərsi verib.

Ərdoğan çıxışı zamanı Suriyadan başlayaraq Qəzza problemi, Avropadakı qaçqın problemi və BMT-nin dünyada gedən neqativ proseslərə müdaxilə edə bilməməsindən danışıb.

Suriyada müharibənin artıq 5 ildir davam etdiyini vurğulayan Ərdoğan ölkəsinin milyonlarla qaçqına qucaq açdığını və onları öz imkanları hesabına saxladığını bildirib. Avropa İttifaqını verdiyi sözü tutmamaqda ittiham edən Ərdoğan hər gün Egey və Aralıq dənizlərində yüzlərlə qaçqının boğularaq öldüyünə diqqət çəkib.

Bütün bu proseslərin dünyanın inkişaf etmiş ölkələrinin burnunun ucunda baş verdiyini qeyd edən Ərdoğan BMT-nin Təhlükəsizlik Şurasının 5 daimi üzvünün bütün dünyaya necə yaşamağı diqtə etməsinin yolverilməz və ədalətsizlik olduğunu bildirib.



Olke.az

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 29.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA