Prezident 7 nazir təyin etdi - Ermənistan hökumətində yeni təyinatlar

img

20-09-2016 [14:16]


Ermənistan hökumətində yeni kadr dəyişiklikləri olub.

Ermənistan prezidenti Serj Sarkisyan maliyyə naziri vəzifəsinə Vardan Aramyanın təyin edilməsi barədə sərəncam imzalayıb. Bundan əlavə, Sarkisyanın imzaladığı sərəncamlara əsasən, Vaan Martirosyan nəqliyyat və rabitə naziri, Aleksan Arutyunyan prezident adminstrasiyası rəhbərinin birinci müavini, İqnati Arakelyan kənd təsərrüfatı naziri, Aşot Manukyan energetika və təbii sərvətlər naziri postuna təyin olunublar.

Ermənistan prezidenti imzaladığı digər sərəncamlarla maliyyə naziri Qaqik Xaçatryan, nəqliyyat və rabitə naziri Qaqik Beqlaryan, kənd təsərrüfatı naziri Serqo Karapetyan, energetika və təbii sərvətlər naziri Levon Yolyanı, eləcə də, Ermənistanın Argentina, Uruqvay, Peru və Çilidə fövqəladə və səlahiyyətli səfiri olan Aleksan Arutyunyanı vəzifəsindən azad edib.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 29.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA