Polis Bakıda narkotik alverçilərini həbs edib

img

29-04-2010 [06:26]


Bakının Qaradağ rayonunda narkotik alverçiləri tutulub. Bu, Bakı şəhər sakini Anar Hacıdadaş adlı şəxsdir. Onun idarə etdiyi ?Tofaş? markalı avtomobilə baxış keçirilən zaman oradan 86,9 qram narkotik vasitə olan heroin aşkar olunub. Bundan sonra istintaqa cəlb olunan Anar narkotik maddəni digər bir şəxsdən əldə etdiyini etiraf edib. Təxirəsalınmaz əməliyyat tədbirləri nəticəsində narkotik vasitəni ona satan Şirvan şəhər sakini Rövşən Dadaşov tutulub. Onun üzərinə baxış zaman isə 10.3 qram heroin aşkar edilərək götürülüb. Faktla bağlı Qaradağ Rayon Polis İdarəsində hər iki şəxsə qarşı cinayət məcəlləsinin 234-cü maddəsi ilə cinayət işi başlanılıb, araşdlırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA