Hulusi Akar rus heyətə xəbərdarlıq etdi - Gerasimovun Türkiyə səfərində maraqlı olay (FOTOLAR)

img

15-09-2016 [21:52]


Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov bu gün Türkiyəyə səfər edib.

Mia.az Axar.az-a istinadən xəbər verir ki, ordu generalı paytaxt Ankarada türkiyəli həmkarı Hulusi Akar tərəfindən rəsmi mərasimlə qarşılanıb.

Mərasimdə diqqət çəkən bir məqam isə Akarın rusiyalı heyətə xəbərdarlıq etməsi olub. Belə ki, Akar nümayəndə heyətinin müşayiəti dayandırmasını tələb edib. Bundan sonra Gerasimov hərbçiləri salamlayıb.

Kritik səfərdə Baş Qərargah rəislərinin Suriyadakı əməliyyatları müzakirə edəcəyi gözlənilir.

Xatırladaq ki, Gerasimov Türkiyə səfərindən bir gün öncə Qara dənizdəki Rusiya donanmasının gücləndiyinə işarə edərək, "Bir zamanlar Türkiyənin hardasa, Qara dənizin ağası olduğu söylənirdi. Artıq hər şey dəyişdi”, – demişdi.



Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 29.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA