Əməkdar artist imtina etdiyi oğlu ilə barışdı - Aktyor tez-tez həbsxanaya gedir

img

14-09-2016 [14:58]


Abdulla Şaiq adına Kukla Teatrının aktyoru, Əməkdar artist Rəhman Rəhmanov imtina etdiyi oğlu ilə barışıb.

Mia.az xəbər verir ki, bu barədə MediaFax-a teatrdan məlumat verilib.

Aktyorun sənət yoldaşlarının sözlərinə görə, R.Rəhmanov bir ildən yuxarıdır ki, həbsxanada olan oğlu Emil Rəhmanovla tez-tez görüşür. Bundan əlavə aktyor həmçinin istintaq zamanı oğlunun günahsız olduğuna inanıb. 

Məhz bu üzdən də o, oğlu Emil Rəhmanovu bağışlayıb.

Qeyd edək ki, Azərbaycanın əməkdar artisti Rəhman Rəhmanovun oğlu müğənni Emil Rəhmanov polis tərəfindən saxlanılıb və hazırda ona qaldırılan cinayət işi məhkəmədədir.

Xatırladaq ki, bundan əvvəl Emil Rəhmanov 2008-ci ilin yanvarında saxlanılıb və barəsində Cinayət Məcəlləsinin soyğunçuluq (180. 2.2-ci ) maddəsi ilə cinayət işi başlanılıb. Aktyorun oğlu 6 il həbs cəzası alıb. Həmçinin Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə 3 min manat məbləğində cərimələnib.


Digər xəbərlər
SON XƏBƏRLƏR
00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA