"Hər kəs öz işini görsün..." - Binəli Yıldırımdan rəsmi Vaşinqtona xəbərdarlıq

img

13-09-2016 [11:09]


Türkiyənin Baş naziri Binəli Yıldırım ABŞ-ı tənqid edib.

Baş nazir ölkədə indiyə qədər dövlət idarəçiliyi sistemində qanunsuz addım atılmadığını bildirib:

"Heç bir güc min illərdir bu torpaqlarda azad yaşamış bu milləti bölməyə, bir-birindən ayırmağa, Anadolunu parçalamağa qadir deyil. Hər kəs öz işini görsün. Biz ölkəmizdə qanunların, qaydaların necə işlədiyini başqalarından öyrənəsi deyilik. Hər şey qanunla tənzimlənir. Türkiyənin bu mövzuda kimsədən dərs almağına da ehtiyac yoxdu”.

Xatırladaq ki, rəsmi Vaşinqton Türkiyədə bələdiyyə sədrlərinin seçkisiz təyinatını tənqid etmişdi.

Axar.az


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 29.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA