Mətbuat Şurası: "Jurnalistlərə qarşı hər hansı insident qeydə alınmayıb"

img

12-09-2016 [00:15]


Mətbuat Şurası Milli Şuranın mitinqi ilə bağlı məlumat yayıb.

Mia.az Mətbuat Şurasına istinadən xəbər verir ki, Azərbaycan Mətbuat Şurası Milli Şuranın sentybar 11-də metronun "İnşaatçılar" stansiyasının yaxınlığındakı "Məhsul" stadionunda keçirdiyi mitinqdə jurnalistlərin peşə vəzifələrini yerinə yetirmələri ilə bağlı monitorinq aparıb.

Aksiyanı işıqlandıran jurnalistlərə qarşı hər hansı insident qeydə alınmayıb. Mətbuat Şurasının Daxili İşlər Nazirliyi ilə birgə monitorinq qrupunun üzvlərinə bununla bağlı hər hansı müraciət edilməyib.

Şuranın monitorinq qrupunun üzvləri mitinqi işıqlandıran jurnalistlərin çox az qisminin üzərində "PRESS" yazılmış xüsusi gödəkçələrdə olduqlarını qeydə alıb. Onlar bununla bağlı müvafiq tövsiyələrini veriblər.


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:33 22.09.2025

Tələbə bıçaqlanıb

13:24 22.09.2025

Qəzzada itkilər artıb

12:31 22.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA