Putin Medvedevlə adaya getdi: "Boşqabımda bir dənə də olsun balıq tikəsi yox idi" (FOTOLAR)

img

11-09-2016 [14:02]


Rusiya prezidenti Vladimir Putin baş nazir Dmitri Medvedevlə birlikdə Novqorod vilayətində Lipno adasına səfər edib.

Burada onlar balıqçılarla görüşüb.

Məlumata görə, balıqçılar ölkənin rəsmilərini tonqal arxasında uxaya (balıq şorbası) qonaq ediblər.

"Mənim boşqabımda bir dənə də olsun balıq tikəsi yox idi”, - deyə Medvedev zarafatyana gileyləndi."Amma çox dadlı idi”, - deyə baş nazir əlavə etdi. 

Məlumata görə, balıqçılar dövlət rəsmilərini Novqoroda təkrar səfər etməyə dəvət edərək, gələn dəfə daha dadlı uxaya qonaq edəcəklərini vəd ediblər. 

Lent.az


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 29.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA