“Azadlıq”ın baş redaktor əvəzi də istintaqa çağırıldı - İfadə verdi

img

09-09-2016 [21:02]


Sentyabrın 9-da "Azadlıq” qəzetinin baş redaktorunun birinci müavini Rahim Hacıyev Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İstintaq İdarəsində şahid qismində ifadə verib.

Bu barədə Rahim Hacıyevin özü məlumat verib: "Bu gün saat 12-də Respublika Prokurorluğunun Ağır Cinayətlərə Dair İstintaq İdarəsində şahid qismində  ifadə vermişəm. Təfərrüatlara vara bilmərəm. Bircə onu deyə bilərəm ki, suallar ümumən "Azadlıq” qəzetinin fəaliyyəti ilə bağlı idi”.

Dindirmədə Rahim Hacıyevin vəkili Əsabəli Mustafayev də iştirak edib.

Qeyd edək ki, Rahim Hacıyevdən əvvəl "Azadlıq" qəzetinin əməkdaşları Vidadi Məmmədov, Xəyal Babayev cə redaktor Sücəddin Şərifov da Ağır Cinayətlərə Dair İstintaq idarəsində bu işlə bağlı dindirilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:33 22.09.2025

Tələbə bıçaqlanıb

13:24 22.09.2025

Qəzzada itkilər artıb

12:31 22.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA