Salatın Əsgərovanın oğlu baş redaktor təyin olunub? - Qeyri-müəyyənlik

img

09-09-2016 [16:12]


Azərbaycanın Milli Qəhrəmanı, şəhid jurnalist Salatın Əsgərovanın oğlu Ceyhun Əsgərov Aznews.az saytına baş redaktor təyin olunub.

Bu barədə olke.az xəbər yayıb.

Mia.az-a açıqlamasında isə saytın əməkdaşlarından biri bu xəbərdən məlumatsız olduqlarını deyib.

Xatırlladaq ki, ANS telekanalında bir sıra verilişlərin aparıcısı, o cümlədən ANS ÇM radiosunun baş direktoru işləmiş Ceyhun Əsgərov kifayət qədər tanınmış jurnalistlərdəndir.

Xatırladırıq ki, onun anası Salatın Əsgərova "Azərbaycan gəncləri" qəzetinin müxbiri olub və Qarabağ müharibəsi illərində konfliktin işıqlandırılması istiqamətində böyük işlər görüb.

Salatın Əsgərova 1991-ci ilin 9 yanvar tarixində 3 hərbçinin müşaiyəti ilə Laçından Şuşaya gələrkən erməni terrorçularının hücumuna məruz qalmış və şəhid olmuşdu.

Ölümündən sonra Salatın Əsgərovaya Azərbaycanın Milli Qəhrəmanı fəxri adı verilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:33 22.09.2025

Tələbə bıçaqlanıb

13:24 22.09.2025

Qəzzada itkilər artıb

12:31 22.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA