400 manata saxta attestat satanlar tutulublar

img

28-04-2010 [04:51]


Polis saxta attestat satan şəxsləri tutub. Bu barədə Müstəqil İnformasiya Agentliyinə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat daxil olub. Verilən məlumata görə, DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ağdam rayon sakinləri İbrahim Hümbətov, Zülfiyyə İsmayılova və Yevlax rayon sakini Təranə Fərzəliyeva ilə əlbir olaraq Yevlax rayonu N.Nərimanov adına 9 saylı Orta Məktəbi bitirməsi barədə saxta attestatı Elşad Babayevə 400 manata satdıqlarına görə tutulublar. Araşdırmalar aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA