"Gicbəsər..." - Obama Donald Trampa ağır cavab verdi

img

09-09-2016 [00:09]


ABŞ prezidenti Barak Obama prezidentliyə respublikaçı namizəd Donald Trampı "məlumatsız" adlandırıb və onun ideyalarının "gicbəsər" olduğunu deyib. 

Mia.az azadlıq.org-a istinadən bildirir ki, çərşənbə günü televiziya ilə translyasiya olunan çıxışında Tramp "Obamadan fərqli olaraq, Putinin ölkəyə əla nəzarət etdiyini" və onun etimad reytinqinin 82 faiz olduğunu" deyib.

Laosda çıxış edən Barak Obama isə Trampın bu sözlərinə cavab olaraq, deyib ki, hər dəfə cənab Tramp danışanda onun prezidentliyə uyğun olmadığı daha da aydın görünür: "Mən düşünmürəm ki, bu adam Birləşmiş Ştatların prezidenti olmağa layiqdir və hər dəfə o, danışan kimi, bu qənaət daha da möhkəmlənir".

Obama deyib ki, Tramp verdiyi bəyanatlara görə məsuliyyət daşımır və ortalığa heç bir konkret plan qoymur. 

ABŞ prezidenti bildirib ki, "respublikaçı namizədin dedikləri ya ziddiyyətlidir, ya məlumatsızlığın nəticəsidir və ya sadəcə gicbəsər ideyalardır".

Xatırladaq ki, sözügedən çıxışında Donald Tramp onu da deyib ki, o, prezidentliyə namizəd kimi bir sıra həssas məlumatlara girişə malikdir və tanış olduğu sənədlər prezidentin, xanım Klintonun və Con Kerrinin bütün fəaliyyətinin kəşfiyyat ekspertlərinin dediklərinin əksinə olduğunu göstərib. Tramp onu da deyib kİ, o, İraq müharibəsinin tamamilə əleyhinə olub.

Ancaq ABŞ mediası yazır ki, Donald Tramp 2002-ci ildə mətbuata müsahibəsində bunun tam əksini bildirmişdi.

Barak Obama ictimaiyyəti və mətbuatı Trampın dediklərini izləməyə və ona suallar verməyə çağırıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 29.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA