Özbəkistanda "səssiz çevriliş": - İslam Kərimovun səlahiyyətini baş nazir icra edəcək

img

08-09-2016 [16:22]


Özbəkistanın baş naziri Şavkat Mirzeyev ölkə prezidentinin səlahiyyətlərini müvəqqəti icra edəcək.

Mia.az xəbər verir ki, bu qərar Qanunverici palata və Senatın birgə iclasında qəbul edilib..

Xatırladaq ki, sentyabrın 2-də Özbəkistan hökuməti prezident İslam Kərimovun ölməsi ilə bağlı rəsmi məlumat yaymışdı.

Qeyd edək ki, Konstitusiyaya əsasən prezident səlahiyyətləri Senatın sədri Niqmatulla Yuldaşevə keçməli idi.  Lakin bu gün qanunla mövcuz olan proses deyil, daxildəki güc faktoru nəzərə alınaraq, baş nazirin namizədliyi qəbul olunub. Onu da qeyd edək ki, Şavqat Mirzeyevin anası tacik olduğundan rəqibləri bu faktı onun əleyhinə də yönəltmək istəyirdi. Ancaq görünən odur ki, baş nazir rəqibləri ilə müqayisədə daha güclü təsirə sahibdir.

Mia.az  


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 29.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA